نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
4402 | 43 | 77 | ونادوا يا مالك ليقض علينا ربك قال إنكم ماكثون |
| | | Onlar (Cəhənnəmin gözətçisi Malikə) müraciət edib deyəcəklər: “Ey Malik! Qoy Rəbbin bizi öldürsün (bu əzabdan qurtaraq)! O isə (min ildən sonra onlara): “Siz (həmişəlik burada) qalacaqsınız!” – deyə cavab verəcəkdir! |
|
4403 | 43 | 78 | لقد جئناكم بالحق ولكن أكثركم للحق كارهون |
| | | (Allah Cəhənnəmdə olan Məkkə müşriklərinə buyuracaqdır:) “Biz sizə haqqı gətirmişdik, lakin sizin əksəriyyətiniz haqqı xoşlamırdı”. |
|
4404 | 43 | 79 | أم أبرموا أمرا فإنا مبرمون |
| | | Yoxsa onlar (Peyğəmbərə hiylə qurmaqla) düzgün iş görmüşdülər?! Elə isə Biz də (onlara əzab verməklə) düzgün iş görürük! |
|
4405 | 43 | 80 | أم يحسبون أنا لا نسمع سرهم ونجواهم بلى ورسلنا لديهم يكتبون |
| | | Yoxsa onlar elə güman edirlər ki, Biz onların pıçıltılarını və xəlvəti danışıqlarını eşitmirik?! Xeyr, yanlarında olan elçilərimiz (onların bütün aşkar və gizli söhbətlərini) yazırlar! |
|
4406 | 43 | 81 | قل إن كان للرحمن ولد فأنا أول العابدين |
| | | (Ya Peyğəmbər!) De: “Əgər Rəhmanın bir övladı olsa, (ona) ibadət edənlərin birincisi mən olaram! |
|
4407 | 43 | 82 | سبحان رب السماوات والأرض رب العرش عما يصفون |
| | | Göylərin və yerin Rəbbi, ərşin Rəbbi (müşriklərin) Ona aid etdikləri sifətlərdən tamamilə uzaqdır!” |
|
4408 | 43 | 83 | فذرهم يخوضوا ويلعبوا حتى يلاقوا يومهم الذي يوعدون |
| | | (Ya Peyğəmbər!) Qoy onlar və’d olunduqları günə (qiyamət gününə) qovuşana qədər (bihudə işlərə) qurşanaraq (dünyada özləri üçün) oynayıb əylənsinlər! |
|
4409 | 43 | 84 | وهو الذي في السماء إله وفي الأرض إله وهو الحكيم العليم |
| | | Göydə də tanrı, yerdə də tanrı Odur. O, hikmət sahibidir, (hər şeyi) biləndir! |
|
4410 | 43 | 85 | وتبارك الذي له ملك السماوات والأرض وما بينهما وعنده علم الساعة وإليه ترجعون |
| | | Göylərin və yerin, onların arasındakı hər şeyin ixtiyarı əlində olan (Allah) nə qədər ucadır (nə qədər uludur)! O saatı (qiyamətin nə vaxt qopacağını) bilmək Ona məxsusdur. Siz (öləndən sonra) Onun hüzuruna qaytarılıb gətiriləcəksiniz! |
|
4411 | 43 | 86 | ولا يملك الذين يدعون من دونه الشفاعة إلا من شهد بالحق وهم يعلمون |
| | | (Müşriklərin) Ondan qeyri ibadət etdikləri (Allah yanında heç bir kəs üçün) şəfaət edə bilməzlər. Ancaq haqqa şəhadət verənlər (dildə və ürəkdə “la ilahə illallah” deyənlər) müstəsnadır. Onlar (dediklərinin haqq olduğunu) bilirlər. (Məhz belələri Allahın izni ilə şəfaət edə bilmək şərəfinə nail olacaqlar). |
|