نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
4397 | 43 | 72 | وتلك الجنة التي أورثتموها بما كنتم تعملون |
| | | Bu sizin (dünyada) etdiyiniz (yaxşı) əməllər müqabilində varis olduğunuz Cənnətdir! |
|
4398 | 43 | 73 | لكم فيها فاكهة كثيرة منها تأكلون |
| | | Orada sizin üçün bir çox meyvələr vardır, onlardan yeyəcəksiniz! |
|
4399 | 43 | 74 | إن المجرمين في عذاب جهنم خالدون |
| | | Günahkarlar (kafirlər) isə, şübhəsiz ki, əbədi olaraq cəhənnəm əzabı içində qalacaqlar. |
|
4400 | 43 | 75 | لا يفتر عنهم وهم فيه مبلسون |
| | | Onlardan (bu əzab) yüngülləşdirilməyəcəkdir; onlar orada əllərini hər şeydən üzmüş olacaqlar! |
|
4401 | 43 | 76 | وما ظلمناهم ولكن كانوا هم الظالمين |
| | | Biz onlara zülm etmədik, amma onlar özləri zalım idilər (öz-özlərinə zülm etdilər). |
|
4402 | 43 | 77 | ونادوا يا مالك ليقض علينا ربك قال إنكم ماكثون |
| | | Onlar (Cəhənnəmin gözətçisi Malikə) müraciət edib deyəcəklər: “Ey Malik! Qoy Rəbbin bizi öldürsün (bu əzabdan qurtaraq)! O isə (min ildən sonra onlara): “Siz (həmişəlik burada) qalacaqsınız!” – deyə cavab verəcəkdir! |
|
4403 | 43 | 78 | لقد جئناكم بالحق ولكن أكثركم للحق كارهون |
| | | (Allah Cəhənnəmdə olan Məkkə müşriklərinə buyuracaqdır:) “Biz sizə haqqı gətirmişdik, lakin sizin əksəriyyətiniz haqqı xoşlamırdı”. |
|
4404 | 43 | 79 | أم أبرموا أمرا فإنا مبرمون |
| | | Yoxsa onlar (Peyğəmbərə hiylə qurmaqla) düzgün iş görmüşdülər?! Elə isə Biz də (onlara əzab verməklə) düzgün iş görürük! |
|
4405 | 43 | 80 | أم يحسبون أنا لا نسمع سرهم ونجواهم بلى ورسلنا لديهم يكتبون |
| | | Yoxsa onlar elə güman edirlər ki, Biz onların pıçıltılarını və xəlvəti danışıqlarını eşitmirik?! Xeyr, yanlarında olan elçilərimiz (onların bütün aşkar və gizli söhbətlərini) yazırlar! |
|
4406 | 43 | 81 | قل إن كان للرحمن ولد فأنا أول العابدين |
| | | (Ya Peyğəmbər!) De: “Əgər Rəhmanın bir övladı olsa, (ona) ibadət edənlərin birincisi mən olaram! |
|