نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
4391 | 43 | 66 | هل ينظرون إلا الساعة أن تأتيهم بغتة وهم لا يشعرون |
| | | Onlar özləri də hiss etmədən o Saatın qəflətən onlara gəlməsindən başqa bir şeymi gözləyirlər? |
|
4392 | 43 | 67 | الأخلاء يومئذ بعضهم لبعض عدو إلا المتقين |
| | | O gün müttəqilərdən başqa bütün dostlar bir-birinə düşmən kəsiləcəklər. |
|
4393 | 43 | 68 | يا عباد لا خوف عليكم اليوم ولا أنتم تحزنون |
| | | Ey qullarım! Həmin gün sizə qorxu yoxdur və siz heç kədərlənməyəcəksiniz də. |
|
4394 | 43 | 69 | الذين آمنوا بآياتنا وكانوا مسلمين |
| | | Siz ayələrimizə iman gətirib müsəlman olmusunuz. |
|
4395 | 43 | 70 | ادخلوا الجنة أنتم وأزواجكم تحبرون |
| | | Siz də, zövcələriniz də fərəhlə Cənnətə daxil olun! |
|
4396 | 43 | 71 | يطاف عليهم بصحاف من ذهب وأكواب وفيها ما تشتهيه الأنفس وتلذ الأعين وأنتم فيها خالدون |
| | | Onlar üçün qızıl sinilər və piyalələr dolandırılacaqdır. Orada nəfslərin istədiyi və gözlərə xoş gələn hər şey olacaqdır. Siz orada əbədi qalacaqsınız. |
|
4397 | 43 | 72 | وتلك الجنة التي أورثتموها بما كنتم تعملون |
| | | Xeyirxah əməllərinizin nəticəsi kimi varis olduğunuz Cənnət budur. |
|
4398 | 43 | 73 | لكم فيها فاكهة كثيرة منها تأكلون |
| | | Orada sizin üçün bol-bol meyvələr vardır, onlardan yeyəcəksiniz. |
|
4399 | 43 | 74 | إن المجرمين في عذاب جهنم خالدون |
| | | Şübhəsiz ki, günahkarlar əbədi olaraq Cəhənnəm əzabı içində qalacaqlar. |
|
4400 | 43 | 75 | لا يفتر عنهم وهم فيه مبلسون |
| | | Onların əzabı yüngülləşdirilməyəcək və onlar orada naümid qalacaqlar. |
|