نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
4376 | 43 | 51 | ونادى فرعون في قومه قال يا قوم أليس لي ملك مصر وهذه الأنهار تجري من تحتي أفلا تبصرون |
| | | Fir’on öz qövmünə müraciət edib dedi: “Ey qövmüm! Məgər Misir səltənəti, altımdan (saraylarımın altından) axıb gedən bu çaylar mənim deyilmi?! Məgər (mənim qüdrətimi) görmürsünüzmü?! |
|
4377 | 43 | 52 | أم أنا خير من هذا الذي هو مهين ولا يكاد يبين |
| | | Yaxud mən (dili dolaşdığı, kəkələdiyi üçün) az qala (sözünü belə) aydın deyə bilməyən bir zavallı (aciz) kimsədən daha yaxşı (daha üstün) deyiləmmi?! |
|
4378 | 43 | 53 | فلولا ألقي عليه أسورة من ذهب أو جاء معه الملائكة مقترنين |
| | | (Əgər o, doğrudan da, peyğəmbərdirsə) onun üstünə qızıl bilərziklər atılmalı və onunla birlikdə bir-birinin ardınca (peyğəmbərliyini təsdiq edən) mələklər gəlməli deyildimi?!” |
|
4379 | 43 | 54 | فاستخف قومه فأطاعوه إنهم كانوا قوما فاسقين |
| | | Beləliklə, (Fir’on) öz qövmünü yelbeyin (yüngül) yerinə qodu, onlar da ona itaət etdilər (anlamadılar ki, padşahlıq allahlığa dəlalət etməz və yoxsulluq da peyğəmbərliyə mane ola bilməz). Həqiqətən, onlar (Allahın itaətindən çıxmış) fasiq bir qövm idilər! |
|
4380 | 43 | 55 | فلما آسفونا انتقمنا منهم فأغرقناهم أجمعين |
| | | (Fir’on əhli) Bizi qəzəbləndirdikdə onlardan intiqam alıb hamısını (suya) qərq etdik. |
|
4381 | 43 | 56 | فجعلناهم سلفا ومثلا للآخرين |
| | | Və onları sonradan gələnlərə misal və ibrət dərsi etdik. |
|
4382 | 43 | 57 | ولما ضرب ابن مريم مثلا إذا قومك منه يصدون |
| | | (Ya Rəsulum!) Məryəm oğlu (İsa) misal çəkilincə sənin qövmün sevincdən güldü. (Müşriklərə xitabən: “Siz və Allahdan başqa ibadət etdikləriniz Cəhənnəmdə yanacaq odunsunuz!” ayəsi nazil olduqda, onlar öz cahillikləri üzündən: “Yəhudilər Üzeyrə, xaçpərəstlər İsaya, Bəni Məlih qəbiləsi mələklərə ibadət edirlər. Əgər bu tanrıların hamısı cəhənnəm odunda yanacaqsa, biz də öz bütlərimizin odda yanmasına razıyıq!” – deyə sevindilər). |
|
4383 | 43 | 58 | وقالوا أآلهتنا خير أم هو ما ضربوه لك إلا جدلا بل هم قوم خصمون |
| | | Onlar dedilər: “Bizim tanrılarımız yaxşıdır, yoxsa o (İsa)?!” Onlar bunu sənə yalnız (səninlə) mübahisə etmək (çənə-boğaz olmaq) xatirinə dedilər. Şübhəsiz ki, onlar höcətləşən (çənə-boğaz olan) bir qövmdürlər! |
|
4384 | 43 | 59 | إن هو إلا عبد أنعمنا عليه وجعلناه مثلا لبني إسرائيل |
| | | O (Məryəm oğlu İsa) ancaq ne’mət (peyğəmbərlik) verdiyimiz və (Allahın qüdrəti ilə atasız yaradıldığı üçün) İsrail oğullarına örnək (ibrət) etdiyimiz bir bəndədir. |
|
4385 | 43 | 60 | ولو نشاء لجعلنا منكم ملائكة في الأرض يخلفون |
| | | Əgər istəsəydik, yer üzündə sizin əvəzinizə mələklər yaradardıq (onlar da Bizə ibadət edərdilər). |
|