نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
4370 | 43 | 45 | واسأل من أرسلنا من قبلك من رسلنا أجعلنا من دون الرحمن آلهة يعبدون |
| | | Səndən əvvəl göndərdiyimiz peyğəmbərlərdən (onların ümmətlərinin alimlərindən və müxlis mö’minlərindən) soruş: “Biz Rəhmandan başqa ibadət olunası tanrılarmı müəyyən etmişik?!” |
|
4371 | 43 | 46 | ولقد أرسلنا موسى بآياتنا إلى فرعون وملئه فقال إني رسول رب العالمين |
| | | Biz Musanı Öz mö’cüzələrimizlə Fir’on və onun ə’yan-əşrafının yanına göndərmişdik. O demişdi: “Mən aləmlərin Rəbbinin elçisiyəm!” |
|
4372 | 43 | 47 | فلما جاءهم بآياتنا إذا هم منها يضحكون |
| | | (Musa) mö’cüzələrimizi onlara gətirər-gətirməz onlar bu mö’cüzələrə lağ edib gülmüşdülər. |
|
4373 | 43 | 48 | وما نريهم من آية إلا هي أكبر من أختها وأخذناهم بالعذاب لعلهم يرجعون |
| | | Onlara bir-birindən böyük olan mö’cüzələr göstərdik, onları əzabla yaxaladıq (cürbəcür müsibətlərə düçar etdik) ki, bəlkə, (haqq yola) qayıdalar! |
|
4374 | 43 | 49 | وقالوا يا أيه الساحر ادع لنا ربك بما عهد عندك إننا لمهتدون |
| | | Onlar dedilər: “Ey sehrbaz! (Dualarını qəbul edəcəyi barədə) səninlə olan əhdi hörmətinə Rəbbinə bizdən ötrü dua et (ki, bizi bəladan qurtarsın). Biz mütləq doğru yola gələcəyik!” |
|
4375 | 43 | 50 | فلما كشفنا عنهم العذاب إذا هم ينكثون |
| | | Biz onları əzabdan qurtaran kimi sözlərindən döndülər. |
|
4376 | 43 | 51 | ونادى فرعون في قومه قال يا قوم أليس لي ملك مصر وهذه الأنهار تجري من تحتي أفلا تبصرون |
| | | Fir’on öz qövmünə müraciət edib dedi: “Ey qövmüm! Məgər Misir səltənəti, altımdan (saraylarımın altından) axıb gedən bu çaylar mənim deyilmi?! Məgər (mənim qüdrətimi) görmürsünüzmü?! |
|
4377 | 43 | 52 | أم أنا خير من هذا الذي هو مهين ولا يكاد يبين |
| | | Yaxud mən (dili dolaşdığı, kəkələdiyi üçün) az qala (sözünü belə) aydın deyə bilməyən bir zavallı (aciz) kimsədən daha yaxşı (daha üstün) deyiləmmi?! |
|
4378 | 43 | 53 | فلولا ألقي عليه أسورة من ذهب أو جاء معه الملائكة مقترنين |
| | | (Əgər o, doğrudan da, peyğəmbərdirsə) onun üstünə qızıl bilərziklər atılmalı və onunla birlikdə bir-birinin ardınca (peyğəmbərliyini təsdiq edən) mələklər gəlməli deyildimi?!” |
|
4379 | 43 | 54 | فاستخف قومه فأطاعوه إنهم كانوا قوما فاسقين |
| | | Beləliklə, (Fir’on) öz qövmünü yelbeyin (yüngül) yerinə qodu, onlar da ona itaət etdilər (anlamadılar ki, padşahlıq allahlığa dəlalət etməz və yoxsulluq da peyğəmbərliyə mane ola bilməz). Həqiqətən, onlar (Allahın itaətindən çıxmış) fasiq bir qövm idilər! |
|