نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
4361 | 43 | 36 | ومن يعش عن ذكر الرحمن نقيض له شيطانا فهو له قرين |
| | | Kim Mərhəmətli Allahın zikrindən üz döndərsə, Biz şeytanı ona calayarıq və o da ona yoldaş olar. |
|
4362 | 43 | 37 | وإنهم ليصدونهم عن السبيل ويحسبون أنهم مهتدون |
| | | Şübhəsiz ki, şeytanlar onları haqq yoldan sapdıracaq, onlar isə özlərinin haqq yolda olduqlarını güman edəcəklər. |
|
4363 | 43 | 38 | حتى إذا جاءنا قال يا ليت بيني وبينك بعد المشرقين فبئس القرين |
| | | Nəhayət, o, hüzurumuza gəldikdə yoldaşına deyər: “Kaş ki, mənimlə sənin aranda məşriqlə məğrib arasındakı uzaqlıq qədər məsafə olaydı. Sən nə pis yoldaş imişsən!” |
|
4364 | 43 | 39 | ولن ينفعكم اليوم إذ ظلمتم أنكم في العذاب مشتركون |
| | | Onlara deyilər: “Siz haqsızlıq etdiyinizə görə bu gün əzaba şərik olmağınız sizə heç bir fayda verməz!” |
|
4365 | 43 | 40 | أفأنت تسمع الصم أو تهدي العمي ومن كان في ضلال مبين |
| | | Sənmi karlara eşitdirəcəksən, yaxud korları və aşkar azğınlıq içində olanları doğru yola yönəldəcəksən? |
|
4366 | 43 | 41 | فإما نذهبن بك فإنا منهم منتقمون |
| | | Biz səni götürüb aparsaq da, yenə onlardan mütləq intiqam alacağıq. |
|
4367 | 43 | 42 | أو نرينك الذي وعدناهم فإنا عليهم مقتدرون |
| | | Yaxud onlara vəd etdiyimizi sənə göstərəcəyik. Şübhəsiz ki, Bizim onlara gücümüz çatar. |
|
4368 | 43 | 43 | فاستمسك بالذي أوحي إليك إنك على صراط مستقيم |
| | | Odur ki, sən özünə vəhy olunan ayələrə sarıl! Əslində, sən düz yoldasan. |
|
4369 | 43 | 44 | وإنه لذكر لك ولقومك وسوف تسألون |
| | | Doğrusu, bu Quran sənin üçün və sənin xalqın üçün bir şərəfdir. Siz sorğu-suala tutulacaqsınız. |
|
4370 | 43 | 45 | واسأل من أرسلنا من قبلك من رسلنا أجعلنا من دون الرحمن آلهة يعبدون |
| | | Səndən əvvəl göndərdiyimiz elçilərdən (onların davamçılarından) soruş; Biz Mərhəmətli Allahdan başqa ibadət ediləsi məbudlarmı icad etmişik? |
|