نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
4348 | 43 | 23 | وكذلك ما أرسلنا من قبلك في قرية من نذير إلا قال مترفوها إنا وجدنا آباءنا على أمة وإنا على آثارهم مقتدون |
| | | Biz səndən əvvəl hansı bir şəhərə xəbərdarlıq edən bir peyğəmbər göndərdiksə, onun cah-calal içində yaşayan sakinləri: “Biz atalarımızı bu yolda gördük və biz də onların yolunu tutub gedəcəyik!”– dedilər. |
|
4349 | 43 | 24 | قال أولو جئتكم بأهدى مما وجدتم عليه آباءكم قالوا إنا بما أرسلتم به كافرون |
| | | Peyğəmbər dedi: “Əgər sizə atalarınızın tutduğu o yoldan daha doğrusunu göstərsəm necə?” Onlar dedilər: “Biz sizinlə göndərilənləri inkar edirik”. |
|
4350 | 43 | 25 | فانتقمنا منهم فانظر كيف كان عاقبة المكذبين |
| | | Biz də onlardan intiqam aldıq. Bir gör haqqı yalan sayanların aqibəti necə oldu. |
|
4351 | 43 | 26 | وإذ قال إبراهيم لأبيه وقومه إنني براء مما تعبدون |
| | | Bir zaman İbrahim öz atasına və qövmünə demişdi: “Mən sizin ibadət etdiklərinizdən uzağam. |
|
4352 | 43 | 27 | إلا الذي فطرني فإنه سيهدين |
| | | Yalnız məni yaradandan başqa! Şübhəsiz ki, O məni doğru yola yönəldəcəkdir”. |
|
4353 | 43 | 28 | وجعلها كلمة باقية في عقبه لعلهم يرجعون |
| | | O bunu (“lə ilahə illəllah” kəlməsini) öz nəsli arasında daimi qalacaq bir kəlmə etdi ki, bəlkə doğru yola qayıtsınlar. |
|
4354 | 43 | 29 | بل متعت هؤلاء وآباءهم حتى جاءهم الحق ورسول مبين |
| | | Doğrusu, Mən bunlara da, atalarına da haqq və onu bəyan edən bir elçi gələnədək dolanışıq nəsib etdim. |
|
4355 | 43 | 30 | ولما جاءهم الحق قالوا هذا سحر وإنا به كافرون |
| | | Onlara haqq gəldikdə isə: “Bu, sehrdir, biz ona inanmırıq!”– dedilər. |
|
4356 | 43 | 31 | وقالوا لولا نزل هذا القرآن على رجل من القريتين عظيم |
| | | Onlar dedilər: “Nə üçün bu Quran iki şəhərdən (Məkkədən və ya Taifdən) olan böyük bir adama nazil edilmədi?” |
|
4357 | 43 | 32 | أهم يقسمون رحمت ربك نحن قسمنا بينهم معيشتهم في الحياة الدنيا ورفعنا بعضهم فوق بعض درجات ليتخذ بعضهم بعضا سخريا ورحمت ربك خير مما يجمعون |
| | | Sənin Rəbbinin mərhəmətini onlarmı bölüşdürürlər? Biz dünya həyatında onların dolanışıqlarını aralarında bölüşdürdük. Biri digərini öz yanına işçi götürsün deyə, bəzilərinin dərəcələrini digərlərindən üstün etdik. Sənin Rəbbinin mərhəməti onların yığdıqlarından daha xeyirlidir. |
|