نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
4343 | 43 | 18 | أومن ينشأ في الحلية وهو في الخصام غير مبين |
| | | Onlar bərbəzək içində böyüdülüb, mübahisə (çəkişmə) zamanı bir dəlil gətirə bilməyən (xilqətcə zəif) qızlarını Allaha övlad isnad edirlər? |
|
4344 | 43 | 19 | وجعلوا الملائكة الذين هم عباد الرحمن إناثا أشهدوا خلقهم ستكتب شهادتهم ويسألون |
| | | Onlar Rəhmanın qulları olan mələkləri dişi saydılar. Məgər onlar (mələklərin) yaradılışına şahidmi olmuşlar?! Onların bu şəhadəti (əməl dəftərlərinə) yazılacaq və (bu barədə) sorğu-sual olunacaqlar! |
|
4345 | 43 | 20 | وقالوا لو شاء الرحمن ما عبدناهم ما لهم بذلك من علم إن هم إلا يخرصون |
| | | Onlar dedilər: “Əgər Rəhman istəsəydi, biz onlara (mələklərə) ibadət etməzdik!” Onların (dedikləri sözün həqiqətə nə qədər uyğun olması barədə) heç bir biliyi yoxdur. Onlar ancaq yalan danışarlar. |
|
4346 | 43 | 21 | أم آتيناهم كتابا من قبله فهم به مستمسكون |
| | | Yoxsa onlara bundan (bu Qur’andan) əvvəl bir kitab vermişik və onlar (Allahdan başqasına ibadət etməyin mümkünlüyü barəsində) ona istinad edirlər?! |
|
4347 | 43 | 22 | بل قالوا إنا وجدنا آباءنا على أمة وإنا على آثارهم مهتدون |
| | | Xeyr (belə bir şey yoxdur). Onlar: “Biz atalarımızı bir din üzərində (bütpərəstlikdə) gördük və biz də onların ardınca getdik!” – deyirlər. |
|
4348 | 43 | 23 | وكذلك ما أرسلنا من قبلك في قرية من نذير إلا قال مترفوها إنا وجدنا آباءنا على أمة وإنا على آثارهم مقتدون |
| | | (Ya Rəsulum!) Biz səndən əvvəl hər hansı bir məmləkətə (Allahın əzabı ilə) qorxudan bir peyğəmbər göndərdiksə, onun naz-ne’mət içində yaşayan böyükləri (valıları) sadəcə olaraq: “Biz atalarımızı bir din üzərində gördük və biz də (təqlidlə) onların ardınca getməkdəyik!” – dedilər. |
|
4349 | 43 | 24 | قال أولو جئتكم بأهدى مما وجدتم عليه آباءكم قالوا إنا بما أرسلتم به كافرون |
| | | (Hər peyğəmbər öz ümmətinə) belə dedi: “Əgər sizə atalarınızın sitayiş etdiyini gördüyünüz dindən daha doğrusunu gətirmiş olsam necə?!” Onlar: “Biz sizinlə göndərilənləri (şəriəti, mö’cüzələri) inkar edirik!” – deyə cavab verdilər. |
|
4350 | 43 | 25 | فانتقمنا منهم فانظر كيف كان عاقبة المكذبين |
| | | Buna görə də Biz onlardan intiqam aldıq. (Ya Rəsulum!) Bir gör (peyğəmbərləri) yalançı sayanların axırı necə oldu! |
|
4351 | 43 | 26 | وإذ قال إبراهيم لأبيه وقومه إنني براء مما تعبدون |
| | | Yadına sal ki, bir zaman İbrahim atasına və qövmünə demişdi: “Mən sizin ibadət etdiklərinizdən (bütlərdən) tamamilə uzağam; |
|
4352 | 43 | 27 | إلا الذي فطرني فإنه سيهدين |
| | | Yalnız məni yoxdan yaradan (Allahdan) başqa! Şübhəsiz ki, O məni doğru yola müvəffəq edəcəkdir!” |
|