نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
4336 | 43 | 11 | والذي نزل من السماء ماء بقدر فأنشرنا به بلدة ميتا كذلك تخرجون |
| | | Göydən lazım olduğu qədər su endirildi. Biz onunla ölü bir diyarı diriltdik. Siz də beləcə dirildilib çıxarılacaqsınız. |
|
4337 | 43 | 12 | والذي خلق الأزواج كلها وجعل لكم من الفلك والأنعام ما تركبون |
| | | O, bütün canlıları və bitkiləri cüt yaratdı. Mindiyiniz gəmiləri və heyvanları yaratdı ki, |
|
4338 | 43 | 13 | لتستووا على ظهوره ثم تذكروا نعمة ربكم إذا استويتم عليه وتقولوا سبحان الذي سخر لنا هذا وما كنا له مقرنين |
| | | onların belinə, yaxud göyərtəsinə qalxıb yerləşdiyiniz zaman Rəbbinizin nemətini yada salıb deyəsiniz: “Bunu bizə ram edən Allah pakdır, müqəddəsdir. Yoxsa bizim ona gücümüz çatmazdı. |
|
4339 | 43 | 14 | وإنا إلى ربنا لمنقلبون |
| | | Şübhəsiz ki, biz Rəbbimizə qayıdacağıq”. |
|
4340 | 43 | 15 | وجعلوا له من عباده جزءا إن الإنسان لكفور مبين |
| | | Müşriklər Allahın qullarından bəzisini Onun bir hissəsi qəbul etdilər (Ona övladlar və şəriklər qoşdular). Həqiqətən, insan açıq-aydın nankordur. |
|
4341 | 43 | 16 | أم اتخذ مما يخلق بنات وأصفاكم بالبنين |
| | | Yoxsa Allah yaratdıqlarından qızları Özünə götürüb oğlanları sizin üçün seçmişdir? |
|
4342 | 43 | 17 | وإذا بشر أحدهم بما ضرب للرحمن مثلا ظل وجهه مسودا وهو كظيم |
| | | Onlardan birinə, Mərhəmətli Allaha aid etdikləri qız uşağı ilə müjdə verilsə, hirsindən üzü qapqara qaralar. |
|
4343 | 43 | 18 | أومن ينشأ في الحلية وهو في الخصام غير مبين |
| | | Onlar zinət içində böyüdülən və çəkişmə zamanı aydın danışa bilməyən qızlarınımı Allaha isnad edirlər? |
|
4344 | 43 | 19 | وجعلوا الملائكة الذين هم عباد الرحمن إناثا أشهدوا خلقهم ستكتب شهادتهم ويسألون |
| | | Onlar Mərhəmətli Allahın qulları olan mələkləri qız hesab etdilər. Məgər onlar mələklərin yaradılışının şahidi olublar? Onların bu şahidliyi yazılacaq və buna görə cavab verməli olacaqlar. |
|
4345 | 43 | 20 | وقالوا لو شاء الرحمن ما عبدناهم ما لهم بذلك من علم إن هم إلا يخرصون |
| | | Onlar dedilər: “Əgər Mərhəmətli Allah istəsəydi, biz onlara ibadət etməzdik!” Onların bu haqda heç bir biliyi yoxdur. Onlar ancaq yalan danışarlar. |
|