نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
4332 | 43 | 7 | وما يأتيهم من نبي إلا كانوا به يستهزئون |
| | | Onlara elə bir peyğəmbər gəlməzdi ki, ona istehza etməsinlər! |
|
4333 | 43 | 8 | فأهلكنا أشد منهم بطشا ومضى مثل الأولين |
| | | Biz onlardan (Məkkə müşriklərindən) daha qüvvətli olanları məhv etdik. Əvvəlkilərin başına gələnlər (Qur’anda neçə yerdə) nəql olunub keçmişdir (bu müşrikləri də belə bir cəza gözləyir). |
|
4334 | 43 | 9 | ولئن سألتهم من خلق السماوات والأرض ليقولن خلقهن العزيز العليم |
| | | Həqiqətən, əgər onlardan (Məkkə müşriklərindən): “Göyləri və yeri kim yaratmışdır?” – deyə soruşsan, mütləq: “Onları yenilməz qüvvət sahibi olan, (hər şeyi) bilən (Allah) yaratmışdır!” – deyə cavab verəcəklər. |
|
4335 | 43 | 10 | الذي جعل لكم الأرض مهدا وجعل لكم فيها سبلا لعلكم تهتدون |
| | | O Allah ki, yeri sizin üçün beşik etdi və (istədiyiniz yerə) doğru-düzgün gedə biləsiniz deyə, orada sizin üçün yollar saldı. |
|
4336 | 43 | 11 | والذي نزل من السماء ماء بقدر فأنشرنا به بلدة ميتا كذلك تخرجون |
| | | O Allah ki, göydən bir qədər (sizin ehtiyacınızı ödəyə biləcək miqdarda) su endirdi. Biz onunla ölü bir məmləkəti dirildirik. Siz də (qiyamət günü dirildilib qəbirlərinizdən) belə çıxardılacaqsınız! |
|
4337 | 43 | 12 | والذي خلق الأزواج كلها وجعل لكم من الفلك والأنعام ما تركبون |
| | | Və O Allah ki, (bütün canlılardan erkək və dişi olmaqla) ciftlər xəlq etdi, səvar olduğunuz gəmiləri və heyvanları yaratdı. |
|
4338 | 43 | 13 | لتستووا على ظهوره ثم تذكروا نعمة ربكم إذا استويتم عليه وتقولوا سبحان الذي سخر لنا هذا وما كنا له مقرنين |
| | | Ona görə ki, onları minəsiniz, sonra minib oturduğunuz zaman Rəbbinizin ne’mətini yada salaraq deyəsiniz: “Bunları bizə ram edən Allah pakdır, müqəddəsdir! (Əgər Allahın köməyi olmasaydı) bizim onlara gücümüz çatmazdı. |
|
4339 | 43 | 14 | وإنا إلى ربنا لمنقلبون |
| | | Həqiqətən, biz (öləndən sonra) Rəbbimizin hüzuruna qayıdacağıq!” |
|
4340 | 43 | 15 | وجعلوا له من عباده جزءا إن الإنسان لكفور مبين |
| | | Amma (müşriklər mələklər Allahın qızlarıdır deyə) Ona Öz bəndələrindən övlad isnad etdilər. Həqiqətən, insan (Allahın ne’mətlərinə) açıq-aşkar naşükürdür! |
|
4341 | 43 | 16 | أم اتخذ مما يخلق بنات وأصفاكم بالبنين |
| | | Yoxsa O, yaratdıqlarından qızları Özünə övlad götürüb oğlanları sizə məxsus etdi?! |
|