نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
4326 | 43 | 1 | بسم الله الرحمن الرحيم حم |
| | | Ha, Mim! |
|
4327 | 43 | 2 | والكتاب المبين |
| | | (Haqqı batildən ayıran) açıq-aydın Kitaba and olsun ki, |
|
4328 | 43 | 3 | إنا جعلناه قرآنا عربيا لعلكم تعقلون |
| | | Biz onu, anlaya biləsiniz deyə, ərəbcə Qur’an etdik. |
|
4329 | 43 | 4 | وإنه في أم الكتاب لدينا لعلي حكيم |
| | | Şübhəsiz ki, o, dərgahımızdakı əsl kitabda (lövhi-məhfuzda) mövcuddur. O, çox ucadır, çox hikmətlidir (yaxud ayələri baxımından çox möhkəmdir). |
|
4330 | 43 | 5 | أفنضرب عنكم الذكر صفحا أن كنتم قوما مسرفين |
| | | Siz (Allaha şərik qoşmaqla) həddi aşan bir qövmsünüz deyə, (sizi başlı-başına buraxıb) Qur’anı sizə təbliğ etməkdən vaz keçməliyikmi?! (Və ya: siz müşriksiniz deyə, sizi adam yerinə qoymayıb Qur’anla sizə öyüd-nəsihət verməməliyikmi?!) |
|
4331 | 43 | 6 | وكم أرسلنا من نبي في الأولين |
| | | Biz sizdən əvvəlkilərə (keçmiş ümmətlərə) də neçə-neçə peyğəmbərlər göndərmişdik. |
|
4332 | 43 | 7 | وما يأتيهم من نبي إلا كانوا به يستهزئون |
| | | Onlara elə bir peyğəmbər gəlməzdi ki, ona istehza etməsinlər! |
|
4333 | 43 | 8 | فأهلكنا أشد منهم بطشا ومضى مثل الأولين |
| | | Biz onlardan (Məkkə müşriklərindən) daha qüvvətli olanları məhv etdik. Əvvəlkilərin başına gələnlər (Qur’anda neçə yerdə) nəql olunub keçmişdir (bu müşrikləri də belə bir cəza gözləyir). |
|
4334 | 43 | 9 | ولئن سألتهم من خلق السماوات والأرض ليقولن خلقهن العزيز العليم |
| | | Həqiqətən, əgər onlardan (Məkkə müşriklərindən): “Göyləri və yeri kim yaratmışdır?” – deyə soruşsan, mütləq: “Onları yenilməz qüvvət sahibi olan, (hər şeyi) bilən (Allah) yaratmışdır!” – deyə cavab verəcəklər. |
|
4335 | 43 | 10 | الذي جعل لكم الأرض مهدا وجعل لكم فيها سبلا لعلكم تهتدون |
| | | O Allah ki, yeri sizin üçün beşik etdi və (istədiyiniz yerə) doğru-düzgün gedə biləsiniz deyə, orada sizin üçün yollar saldı. |
|