نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
4322 | 42 | 50 | أو يزوجهم ذكرانا وإناثا ويجعل من يشاء عقيما إنه عليم قدير |
| | | Yaxud hər ikisindən – həm oğlan, həm də qız verir, istədiyini də sonsuz (övladsız) edir. O (hər şeyi) biləndir, (hər şeyə) qadirdir! |
|
4323 | 42 | 51 | وما كان لبشر أن يكلمه الله إلا وحيا أو من وراء حجاب أو يرسل رسولا فيوحي بإذنه ما يشاء إنه علي حكيم |
| | | (Heç bir bəşər övladına Allahla danışmaq müyəssər olmaz, çünki bəşər övladı olan peyğəmbərlər maddi aləmdə, zaman və məkan daxilində olduqları halda, Allah qeyri-maddidir, zaman və məkan xaricindədir. Allahla onlar arasında minlərlə zülmət və nur pərdəsi vardır. Buna görə də Allahın peyğəmbərlərlə bir yerdə qarşı-qarşıya durub danışması qeyri-mümkündür). Allah bəşər övladı ilə (Musanın anası ilə olduğu kimi) ancaq vəhylə (ilham və rö’ya ilə), yaxud (Musa kimi) pərdə arxasından danışar (Allahın kəlamı eşidilər, amma Özü görünməz). Və ya bir elçi (mələk) göndərər ki, o da Allahın izni ilə (göndərildiyi kimsəyə) Onun istədiyini vəhy edər. Həqiqətən, O (hər şeydən) ucadır, hikmət sahibidir! |
|
4324 | 42 | 52 | وكذلك أوحينا إليك روحا من أمرنا ما كنت تدري ما الكتاب ولا الإيمان ولكن جعلناه نورا نهدي به من نشاء من عبادنا وإنك لتهدي إلى صراط مستقيم |
| | | (Ya Rəsulum! Əvvəlki peyğəmbərlərə vəhy nazil etdiyimiz kimi) sənə də beləcə əmrimizdən olan bir vəhy (mö’minlərə mə’nəvi həyat verən Qur’an) göndərdik. Sən (bundan əvvəl) kitab nədir, iman nədir bilməzdin. Lakin Biz onu bəndələrimizdən dilədiyimizi haqq yola qovuşdurmağımız üçün bir nur etdik. Sən (onunla insanları) düz yola yönəldirsən (islam dininə də’vət edib haqqa qovuşdurursan). |
|
4325 | 42 | 53 | صراط الله الذي له ما في السماوات وما في الأرض ألا إلى الله تصير الأمور |
| | | O Allahın yoluna ki, göylərdə və yerdə nə varsa (hamısı) Onundur. Bil ki, bütün işlər axırda Allaha qayıdacaqdır! |
|
4326 | 43 | 1 | بسم الله الرحمن الرحيم حم |
| | | Ha, Mim! |
|
4327 | 43 | 2 | والكتاب المبين |
| | | (Haqqı batildən ayıran) açıq-aydın Kitaba and olsun ki, |
|
4328 | 43 | 3 | إنا جعلناه قرآنا عربيا لعلكم تعقلون |
| | | Biz onu, anlaya biləsiniz deyə, ərəbcə Qur’an etdik. |
|
4329 | 43 | 4 | وإنه في أم الكتاب لدينا لعلي حكيم |
| | | Şübhəsiz ki, o, dərgahımızdakı əsl kitabda (lövhi-məhfuzda) mövcuddur. O, çox ucadır, çox hikmətlidir (yaxud ayələri baxımından çox möhkəmdir). |
|
4330 | 43 | 5 | أفنضرب عنكم الذكر صفحا أن كنتم قوما مسرفين |
| | | Siz (Allaha şərik qoşmaqla) həddi aşan bir qövmsünüz deyə, (sizi başlı-başına buraxıb) Qur’anı sizə təbliğ etməkdən vaz keçməliyikmi?! (Və ya: siz müşriksiniz deyə, sizi adam yerinə qoymayıb Qur’anla sizə öyüd-nəsihət verməməliyikmi?!) |
|
4331 | 43 | 6 | وكم أرسلنا من نبي في الأولين |
| | | Biz sizdən əvvəlkilərə (keçmiş ümmətlərə) də neçə-neçə peyğəmbərlər göndərmişdik. |
|