نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
4289 | 42 | 17 | الله الذي أنزل الكتاب بالحق والميزان وما يدريك لعل الساعة قريب |
| | | Kitabı və tərəzini gerçək həqiqət kimi nazil edən Allahdır. Nə bilirsən, bəlkə də o Saat yaxındır. |
|
4290 | 42 | 18 | يستعجل بها الذين لا يؤمنون بها والذين آمنوا مشفقون منها ويعلمون أنها الحق ألا إن الذين يمارون في الساعة لفي ضلال بعيد |
| | | Qiyamətə inanmayanlar onun tez gəlib çatmasını istəyirlər. Möminlər isə ondan qorxur və onun həqiqət olduğunu bilirlər. Şübhəsiz ki, o Saat barəsində mübahisə edənlər dərin bir azğınlıq içindədirlər. |
|
4291 | 42 | 19 | الله لطيف بعباده يرزق من يشاء وهو القوي العزيز |
| | | Allah Öz qullarına qarşı Lütfkardır. O, istədiyinə ruzi verir. O, Qüvvətlidir, Qüdrətlidir. |
|
4292 | 42 | 20 | من كان يريد حرث الآخرة نزد له في حرثه ومن كان يريد حرث الدنيا نؤته منها وما له في الآخرة من نصيب |
| | | Biz axirət savabını istəyənin savabın artırar, dünya qazancını istəyənə də ondan verərik. Lakin onun axirətdə heç bir payı olmaz. |
|
4293 | 42 | 21 | أم لهم شركاء شرعوا لهم من الدين ما لم يأذن به الله ولولا كلمة الفصل لقضي بينهم وإن الظالمين لهم عذاب أليم |
| | | Yoxsa onların Allahın dində izin vermədiyi şeyləri onlar üçün şəriət qanunu edə bilən şərikləri vardır? Əgər həlledici Söz olmasaydı, aralarındakı iş bitmiş olardı. Həqiqətən, zalımları ağrılı-acılı bir əzab gözləyir. |
|
4294 | 42 | 22 | ترى الظالمين مشفقين مما كسبوا وهو واقع بهم والذين آمنوا وعملوا الصالحات في روضات الجنات لهم ما يشاءون عند ربهم ذلك هو الفضل الكبير |
| | | Zalımların qazandıqları günahlar özlərinə qarşı çevrildikdə onları bunun qorxusundan titrəyən görəcəksən. İman gətirib yaxşı işlər görənlər isə Cənnət bağçalarında məskunlaşacaqlar. Rəbbinin yanında onlar üçün istədikləri hər şey hazırlanmışdır. Böyük lütfkarlıq da elə budur. |
|
4295 | 42 | 23 | ذلك الذي يبشر الله عباده الذين آمنوا وعملوا الصالحات قل لا أسألكم عليه أجرا إلا المودة في القربى ومن يقترف حسنة نزد له فيها حسنا إن الله غفور شكور |
| | | İman gətirib yaxşı işlər görən qullarına Allahın müjdə verdiyi nemət budur. De: “Mən sizdən bunun əvəzində qohumluq sevgisindən başqa bir şey istəmirəm”. Kim bir yaxşılıq etsə, onun savabını artırarıq. Həqiqətən, Allah Bağışlayandır, şükrün əvəzini verəndir. |
|
4296 | 42 | 24 | أم يقولون افترى على الله كذبا فإن يشإ الله يختم على قلبك ويمح الله الباطل ويحق الحق بكلماته إنه عليم بذات الصدور |
| | | Yoxsa onlar sənin barəndə: “O, Allaha qarşı yalan uydurdu”– deyirlər? Əgər Allah istəsə, sənin qəlbinə möhür vurar. Allah batili silib yox edər və haqqı Öz sözləri ilə bərqərar edər. Şübhəsiz ki, O, kökslərdə olanları Biləndir. |
|
4297 | 42 | 25 | وهو الذي يقبل التوبة عن عباده ويعفو عن السيئات ويعلم ما تفعلون |
| | | Qullarının tövbəsini qəbul edən, günahları bağışlayan və sizin nə etdiyinizi bilən Odur. |
|
4298 | 42 | 26 | ويستجيب الذين آمنوا وعملوا الصالحات ويزيدهم من فضله والكافرون لهم عذاب شديد |
| | | O, iman gətirib yaxşı əməllər edənlərin duasını qəbul edər və Öz lütfünü onlara artırar. Kafirlər üçün isə şiddətli əzab hazırlanmışdır. |
|