نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
4268 | 41 | 50 | ولئن أذقناه رحمة منا من بعد ضراء مسته ليقولن هذا لي وما أظن الساعة قائمة ولئن رجعت إلى ربي إن لي عنده للحسنى فلننبئن الذين كفروا بما عملوا ولنذيقنهم من عذاب غليظ |
| | | Başına gələn bəladan sonra Özümüzdən ona bir mərhəmət daddırsaq, mütləq deyər: “Bu mənim haqqımdır və Mən o Saatın gələcəyini güman etmirəm. Rəbbimə qaytarılsam belə, Onun yanında mənim üçün ən gözəl nemət hazırlanar!” Biz kafirlərə nə etdiklərini mütləq xəbər verəcək və onlara hökmən ağır bir əzab daddıracağıq. |
|
4269 | 41 | 51 | وإذا أنعمنا على الإنسان أعرض ونأى بجانبه وإذا مسه الشر فذو دعاء عريض |
| | | İnsana nemət verdiyimiz zaman üz çevirib haqdan uzaq durar. Ona bir pislik toxunduqda isə uzun-uzadı yalvarıb-yaxarar. |
|
4270 | 41 | 52 | قل أرأيتم إن كان من عند الله ثم كفرتم به من أضل ممن هو في شقاق بعيد |
| | | De: “Bir deyin görək, əgər Quran Allah tərəfindəndirsə, sonra da siz onu inkar edirsinizsə, bunu necə başa düşmək olar?! Elə isə haqdan uzaq bir ayrılıq içində olan kəsdən daha çox azmış kim ola bilər? |
|
4271 | 41 | 53 | سنريهم آياتنا في الآفاق وفي أنفسهم حتى يتبين لهم أنه الحق أولم يكف بربك أنه على كل شيء شهيد |
| | | Quranın haqq olduğu onlara aydın olana qədər, Biz dəlillərimizi onlara həm kainatda, həm də onların özlərində mütləq göstərəcəyik. Məgər Rəbbinin hər şeyə şahid olması kifayət deyil? |
|
4272 | 41 | 54 | ألا إنهم في مرية من لقاء ربهم ألا إنه بكل شيء محيط |
| | | Doğrudan da, onlar öz Rəbbi ilə qarşılaşacaqlarına şübhə edirlər. Həqiqətən, O, hər şeyi əhatə edir. |
|
4273 | 42 | 1 | بسم الله الرحمن الرحيم حم |
| | | Ha. Mim. |
|
4274 | 42 | 2 | عسق |
| | | Ayn. Sin. Qaf. |
|
4275 | 42 | 3 | كذلك يوحي إليك وإلى الذين من قبلك الله العزيز الحكيم |
| | | Qüdrətli və Müdrik olan Allah sənə və səndən əvvəlkilərə belə vəhy edir. |
|
4276 | 42 | 4 | له ما في السماوات وما في الأرض وهو العلي العظيم |
| | | Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. O, Ucadır, Uludur. |
|
4277 | 42 | 5 | تكاد السماوات يتفطرن من فوقهن والملائكة يسبحون بحمد ربهم ويستغفرون لمن في الأرض ألا إن الله هو الغفور الرحيم |
| | | Sanki göylərin bir-birinin üstündən çatlayıb yarılmasına az qalır. Mələklər də Rəbbinə həmd ilə təriflər deyir və yerdəkilər üçün bağışlanma diləyirlər. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir. |
|