نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
4252 | 41 | 34 | ولا تستوي الحسنة ولا السيئة ادفع بالتي هي أحسن فإذا الذي بينك وبينه عداوة كأنه ولي حميم |
| | | Yaxşılıqla pislik eyni ola bilməz! (Ey mö’min kimsə!) Sən (pisliyi) yaxşılıqla dəf et! (Qəzəbə səbirlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, cəzaya bağışlanmaqla cavab ver!) Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən! |
|
4253 | 41 | 35 | وما يلقاها إلا الذين صبروا وما يلقاها إلا ذو حظ عظيم |
| | | Bu (xislət) yalnız (dünyada məşəqqətlərə) səbir edənlərə verilir və yalnız böyük qismət (savab, fəzilət) sahiblərinə əta olunur! |
|
4254 | 41 | 36 | وإما ينزغنك من الشيطان نزغ فاستعذ بالله إنه هو السميع العليم |
| | | Əgər sənə Şeytandan (bu xislətə mane olan) bir vəsvəsə gəlsə (fəsad toxunsa), Allaha sığın. Şübhəsiz ki, Allah (hər şeyi) eşidəndir, biləndir! |
|
4255 | 41 | 37 | ومن آياته الليل والنهار والشمس والقمر لا تسجدوا للشمس ولا للقمر واسجدوا لله الذي خلقهن إن كنتم إياه تعبدون |
| | | Gecə və gündüz, günəş və ay Onun (vəhdaniyyətinə, qüdrət və əzəmətinə dəlalət edən) əlamətlərindəndir. Günəşə və aya səcdə etməyin, onları yaradan Allaha səcdə edin! Əgər Ona ibadət edirsinizsə (heç bir şərik qoşmadan ibadət edin)! |
|
4256 | 41 | 38 | فإن استكبروا فالذين عند ربك يسبحون له بالليل والنهار وهم لا يسأمون |
| | | Əgər (müşriklər Allaha səcdə etməyə) təkəbbür göstərsələr (bilsinlər ki, bunun zərəri Allaha deyil, ancaq özlərinədir). Çünki (Ya Rəsulum!) Sənin Rəbbinin dərgahında olanlar (mələklər) gecə-gündüz usanmadan Onu təqdis edib şə’ninə tə’riflər deyərlər. |
|
4257 | 41 | 39 | ومن آياته أنك ترى الأرض خاشعة فإذا أنزلنا عليها الماء اهتزت وربت إن الذي أحياها لمحيي الموتى إنه على كل شيء قدير |
| | | Onun qüdrət nişanələrindən biri də budur ki, sən yer üzünü qupquru görürsən. Biz ona yağış yağdıran kimi hərəkətə gəlib qabarar (cana gələr). Onu dirildən, şübhəsiz ki, ölüləri də dirildəcəkdir. Həqiqətən, O, (Allah) hər şeyə qadirdir! |
|
4258 | 41 | 40 | إن الذين يلحدون في آياتنا لا يخفون علينا أفمن يلقى في النار خير أم من يأتي آمنا يوم القيامة اعملوا ما شئتم إنه بما تعملون بصير |
| | | Ayələrimizi inkar edənlər (ayələrimizdən üz döndərənlər) Bizdən gizli qalmazlar. Cəhənnəm oduna atılan kəs yaxşıdır, yoxsa qiyamət günü (Allahın hüzuruna) arxayın gələn kəs?! İstədiyinizi edin. Şübhəsiz ki, O nə etdiyinizi görəndir. |
|
4259 | 41 | 41 | إن الذين كفروا بالذكر لما جاءهم وإنه لكتاب عزيز |
| | | Özlərinə Qur’an gəldiyi zaman onu yalan hesab edənlər (mütləq cəzalarına çatacaqlar). O (Qur’an), şübhəsiz ki, çox dəyərli (qiymətli) bir kitabdır. |
|
4260 | 41 | 42 | لا يأتيه الباطل من بين يديه ولا من خلفه تنزيل من حكيم حميد |
| | | Nə öncə, nə də sonra batil ona yol tapa bilməz (Şeytan onun bir sözünü, bir hərfini belə dəyişə bilməz). O, hikmət sahibi, şükrə (tə’rifə) layiq olan (bütün işləri bəyənilən Allah) tərəfindən nazil edilmişdir. |
|
4261 | 41 | 43 | ما يقال لك إلا ما قد قيل للرسل من قبلك إن ربك لذو مغفرة وذو عقاب أليم |
| | | (Ya Rəsulum!) Sənə ancaq səndən əvvəlki peyğəmbərlərə deyilənlər deyilir. Həqiqətən, sənin Rəbbin həm bağışlayandır, həm də şiddətli cəza verəndir! |
|