نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
4243 | 41 | 25 | وقيضنا لهم قرناء فزينوا لهم ما بين أيديهم وما خلفهم وحق عليهم القول في أمم قد خلت من قبلهم من الجن والإنس إنهم كانوا خاسرين |
| | | Biz onlara (Məkkə müşriklərinə) önlərindəkini və arxalarındakını (dünyanın zövq-səfasına uyub axirətə inanmamalarını) özlərinə gözəl göstərən (şeytansifət) dostlar caladıq. Özlərindən əvvəl gəlib-getmiş cinlərdən və insanlardan olan (kafir) ümmətlərlə birlikdə o söz (əzab hökmü) onlar barəsində də gerçəkləşdi. Şübhəsiz ki, onlar ziyan çəkənlər oldular! |
|
4244 | 41 | 26 | وقال الذين كفروا لا تسمعوا لهذا القرآن والغوا فيه لعلكم تغلبون |
| | | Kafir olanlar (öz dostlarına): “Bu Qur’anı dinləməyin, o oxunduqda (eşidilməsin deyə) səs-küy (şuluqluq) salın ki, bəlkə, (bununla Muhəmmədə) qalib gələsiniz!” – dedilər. |
|
4245 | 41 | 27 | فلنذيقن الذين كفروا عذابا شديدا ولنجزينهم أسوأ الذي كانوا يعملون |
| | | Biz kafir olanlara mütləq şiddətli bir əzab daddıracaq, etdikləri əməllərin ən şiddətli cəzasını verəcəyik! |
|
4246 | 41 | 28 | ذلك جزاء أعداء الله النار لهم فيها دار الخلد جزاء بما كانوا بآياتنا يجحدون |
| | | Budur Allahın düşmənlərinin cəzası – Cəhənnəm (cəhənnəm odu)! Ayələrimizi inkar etmələrinin cəzası olaraq onların əbədi məskəni oradadır! |
|
4247 | 41 | 29 | وقال الذين كفروا ربنا أرنا اللذين أضلانا من الجن والإنس نجعلهما تحت أقدامنا ليكونا من الأسفلين |
| | | Kafir olanlar deyəcəklər: “Ey Rəbbimiz! Cinlərdən və insanlardan bizi azdıranları bizə göstər ki, onları ayaqlarımız altına salaq, paymal olsunlar!” |
|
4248 | 41 | 30 | إن الذين قالوا ربنا الله ثم استقاموا تتنزل عليهم الملائكة ألا تخافوا ولا تحزنوا وأبشروا بالجنة التي كنتم توعدون |
| | | Şübhəsiz: “Rəbbimiz Allahdır!” – deyən, sonra da (sözündə) düz olan kəslərə (ölüm ayağında) mələklər nazil olub (belə deyəcəklər): “Qorxmayın və kədərlənməyin! Sizə və’d olunan Cənnətlə sevinin! |
|
4249 | 41 | 31 | نحن أولياؤكم في الحياة الدنيا وفي الآخرة ولكم فيها ما تشتهي أنفسكم ولكم فيها ما تدعون |
| | | Biz dünyada da, axirətdə də sizin dostlarınızıq. Orada (Cənnətdə) sizin üçün nəfsinizin çəkdiyi, istədiyiniz hər şey vardır. |
|
4250 | 41 | 32 | نزلا من غفور رحيم |
| | | Bağışlayandan, rəhm edəndən (Allahdan) ruzi (ziyafət) olaraq!” |
|
4251 | 41 | 33 | ومن أحسن قولا ممن دعا إلى الله وعمل صالحا وقال إنني من المسلمين |
| | | (Xalqı) Allaha tərəf çağıran, yaxşı iş görən və: “Mən müsəlmanlardanam!” – deyən kəsdən daha gözəl danışan kim ola bilər?! |
|
4252 | 41 | 34 | ولا تستوي الحسنة ولا السيئة ادفع بالتي هي أحسن فإذا الذي بينك وبينه عداوة كأنه ولي حميم |
| | | Yaxşılıqla pislik eyni ola bilməz! (Ey mö’min kimsə!) Sən (pisliyi) yaxşılıqla dəf et! (Qəzəbə səbirlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, cəzaya bağışlanmaqla cavab ver!) Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən! |
|