نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
423 | 3 | 130 | يا أيها الذين آمنوا لا تأكلوا الربا أضعافا مضاعفة واتقوا الله لعلكم تفلحون |
| | | Ey iman gətirənlər! Dəfələrlə artırılmış olan sələmi yeməyin! Allahdan qorxun ki, bəlkə, nicat tapasınız. |
|
424 | 3 | 131 | واتقوا النار التي أعدت للكافرين |
| | | Kafirlər üçün hazırlanmış Oddan çəkinin. |
|
425 | 3 | 132 | وأطيعوا الله والرسول لعلكم ترحمون |
| | | Allaha və Peyğəmbərə itaət edin ki, bəlkə sizə rəhm olunsun. |
|
426 | 3 | 133 | وسارعوا إلى مغفرة من ربكم وجنة عرضها السماوات والأرض أعدت للمتقين |
| | | Rəbbiniz tərəfindən bağışlanmağa və müttəqilər üçün hazırlanmış, genişliyi göylər və yer qədər olan Cənnətə tələsin. |
|
427 | 3 | 134 | الذين ينفقون في السراء والضراء والكاظمين الغيظ والعافين عن الناس والله يحب المحسنين |
| | | O müttəqilər ki, bolluq zamanı da, qıtlıq zamanı da mallarından Allah yolunda xərcləyir, qəzəblərini boğur və insanları bağışlayırlar. Allah yaxşı iş görənləri sevir. |
|
428 | 3 | 135 | والذين إذا فعلوا فاحشة أو ظلموا أنفسهم ذكروا الله فاستغفروا لذنوبهم ومن يغفر الذنوب إلا الله ولم يصروا على ما فعلوا وهم يعلمون |
| | | O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər, – günahları Allahdan başqa kim bağışlaya bilər? – onlar bilə-bilə etdiklərinə görə israr etməzlər. |
|
429 | 3 | 136 | أولئك جزاؤهم مغفرة من ربهم وجنات تجري من تحتها الأنهار خالدين فيها ونعم أجر العاملين |
| | | Onların mükafatı, Rəbbindən bağışlanma və ağacları altından çaylar axan Cənnət bağlarıdır ki, orada əbədi qalacaqlar. Yaxşı əməl sahiblərinin mükafatı necə də gözəldir! |
|
430 | 3 | 137 | قد خلت من قبلكم سنن فسيروا في الأرض فانظروا كيف كان عاقبة المكذبين |
| | | Sizdən öncə də neçə-neçə əhvalatlar olub keçmişdi. Odur ki, yer üzündə gəzib dolaşın və görün haqqı yalan sayanların aqibəti necə olmuşdur. |
|
431 | 3 | 138 | هذا بيان للناس وهدى وموعظة للمتقين |
| | | Bu, insanlar üçün bir açıqlama, doğru yolu göstəricisi və öyüd-nəsihətdir. |
|
432 | 3 | 139 | ولا تهنوا ولا تحزنوا وأنتم الأعلون إن كنتم مؤمنين |
| | | Acizlik göstərməyin və kədərlənməyin. Möminsinizsə, üstün olacaqsınız. |
|