نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
4218 | 40 | 85 | فلم يك ينفعهم إيمانهم لما رأوا بأسنا سنت الله التي قد خلت في عباده وخسر هنالك الكافرون |
| | | Lakin o zaman əzabımızı gördükdə iman gətirmələri onlara heç bir fayda vermədi. Bu, Allahın Öz qulları barəsində əzəldən bəri qüvvədə olan qanunudur. Onda kafirlər ziyana uğradılar. |
|
4219 | 41 | 1 | بسم الله الرحمن الرحيم حم |
| | | Ha. Mim. |
|
4220 | 41 | 2 | تنزيل من الرحمن الرحيم |
| | | Bu, Mərhəmətli və Rəhmli Allah tərəfindən nazil edilmiş, |
|
4221 | 41 | 3 | كتاب فصلت آياته قرآنا عربيا لقوم يعلمون |
| | | ayələri Quran olaraq ərəbcə müfəssəl izah edilmiş, anlaya bilən camaat üçün nəzərdə tutulmuş bir Kitabdır. |
|
4222 | 41 | 4 | بشيرا ونذيرا فأعرض أكثرهم فهم لا يسمعون |
| | | O, həm müjdə verən, həm də xəbərdar edəndir. Lakin onların çoxu üz çevirib söz eşitməzlər. |
|
4223 | 41 | 5 | وقالوا قلوبنا في أكنة مما تدعونا إليه وفي آذاننا وقر ومن بيننا وبينك حجاب فاعمل إننا عاملون |
| | | Onlar deyirlər: “Sənin bizi dəvət etdiyinə qarşı qəlbimiz qapalıdır, qulaqlarımızda tıxac vardır, bizimlə sənin arana pərdə çəkilmişdir. Sən işində ol, biz də öz işimizdə olacağıq!” |
|
4224 | 41 | 6 | قل إنما أنا بشر مثلكم يوحى إلي أنما إلهكم إله واحد فاستقيموا إليه واستغفروه وويل للمشركين |
| | | De: “Mən də sizin kimi bir insanam. Mənə vəhy olunur ki, sizin məbudunuz Tək olan İlahdır. Ona tərəf doğru yol tutun və Ondan bağışlanmağınızı diləyin. Vay müşriklərin halına! |
|
4225 | 41 | 7 | الذين لا يؤتون الزكاة وهم بالآخرة هم كافرون |
| | | O kəslərin ki, zəkat vermir və axirəti inkar edirlər. |
|
4226 | 41 | 8 | إن الذين آمنوا وعملوا الصالحات لهم أجر غير ممنون |
| | | İman gətirib yaxşı əməl işləyənləri tükənməz nemətlər gözləyir”. |
|
4227 | 41 | 9 | قل أئنكم لتكفرون بالذي خلق الأرض في يومين وتجعلون له أندادا ذلك رب العالمين |
| | | De: “Doğrudanmı siz yeri iki gündə yaradana küfr edir və bütləri Ona tay tutursunuz? Axı O, aləmlərin Rəbbidir. |
|