نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
4212 | 40 | 79 | الله الذي جعل لكم الأنعام لتركبوا منها ومنها تأكلون |
| | | Sizin üçün minməyə heyvanlar yaradan Allahdır. Onlardan yedikləriniz də var. |
|
4213 | 40 | 80 | ولكم فيها منافع ولتبلغوا عليها حاجة في صدوركم وعليها وعلى الفلك تحملون |
| | | Sizin üçün onlardan daha neçə-neçə mənfəətlər vardır (dərilərindən çadır qurur, yunlarından paltar, yorğan-döşək düzəldirsiniz). Ürəyinizdən keçən bir arzuya onları minməklə yetişirsiniz (onları minib istədiyiniz yerə gedirsiniz). (Quruda bir yerdən başqa yerə) onların üstündə, (suda isə) gəmilərdə daşınırsınız. |
|
4214 | 40 | 81 | ويريكم آياته فأي آيات الله تنكرون |
| | | O isə Öz ayələrini (qüdrət nişanələrini) göstərir. Allahın ayələrinin hansını inkar edə bilərsiniz?! |
|
4215 | 40 | 82 | أفلم يسيروا في الأرض فينظروا كيف كان عاقبة الذين من قبلهم كانوا أكثر منهم وأشد قوة وآثارا في الأرض فما أغنى عنهم ما كانوا يكسبون |
| | | Məgər onlar (müşriklər) yer üzünü dolaşıb özlərindən əvvəlkilərin axırının necə olduğunu görmürlərmi? Onlar (sayca) bunlardan daha çox, daha qüvvətli, yer üzündə daha çox iz qoymuş kimsələr idi. Qazandıqları (dünya malı) onlara bir fayda vermədi (Allahın əzabını onlardan dəf edə bilmədi). |
|
4216 | 40 | 83 | فلما جاءتهم رسلهم بالبينات فرحوا بما عندهم من العلم وحاق بهم ما كانوا به يستهزئون |
| | | Peyğəmbərləri onlara açıq-aşkar möcüzələr gətirdikdə özlərində olan elmə sevindilər, onlara (kafirlərə) isə məsxərəyə qoyduqları əzab yetişdi. (Və ya: peyğəmbərləri onlara açıq-aşkar mö’cüzələrlə gəldikləri zaman onlar öz biliklərinə - batil əqidə və fəlsəfələrinə, ticarətdən mənfəət əldə edə bilmək bacarıqlarına – qürrələndilər. Kafirləri istehza etdikləri əzab sardı). |
|
4217 | 40 | 84 | فلما رأوا بأسنا قالوا آمنا بالله وحده وكفرنا بما كنا به مشركين |
| | | Onlar əzabımızı gördükdə dedilər: “Biz yalnız Allaha iman gətirdik, (Rəbbimizə) qoşduğumuz şərikləri (bütləri) isə inkar etdik!” |
|
4218 | 40 | 85 | فلم يك ينفعهم إيمانهم لما رأوا بأسنا سنت الله التي قد خلت في عباده وخسر هنالك الكافرون |
| | | Amma əzabımızı gördükləri zaman iman gətirmələri – Allahın Öz bəndələri barəsində öncə olub-keçmiş (tətbiq edilmiş) adətinə (qayda-qanununa) müvafiq olaraq heç bir fayda vermədi. (Əzab gəlməmişdən əvvəl iman gətirmək lazımdır, əzabı gördükdə gətirilən imanın heç bir faydası olmaz). Kafirlər elə oradaca ziyana uğradılar (məhv oldular). |
|
4219 | 41 | 1 | بسم الله الرحمن الرحيم حم |
| | | Ha, Mim! |
|
4220 | 41 | 2 | تنزيل من الرحمن الرحيم |
| | | (Bu Qur’an) mərhəmətli, rəhmli (olan Allah) tərəfindən nazil edilmişdir. |
|
4221 | 41 | 3 | كتاب فصلت آياته قرآنا عربيا لقوم يعلمون |
| | | Ərəbcə Qur’an olaraq (onu) bilən bir qövm üçün əyələri müfəssəl izah edilmiş bir kitabdır. |
|