نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
422 | 3 | 129 | ولله ما في السماوات وما في الأرض يغفر لمن يشاء ويعذب من يشاء والله غفور رحيم |
| | | Göylərdə və yerdə olanlar Allaha məxsusdur. O, istədiyini bağışlar, istədiyinə isə əzab verər. Əlbəttə, Allah bağışlayandır, rəhm edəndir! |
|
423 | 3 | 130 | يا أيها الذين آمنوا لا تأكلوا الربا أضعافا مضاعفة واتقوا الله لعلكم تفلحون |
| | | Ey iman gətirənlər! Sələmi (borc üzərinə qoyduğunuz faizi) qat-qat artırıb yeməyin. Allahdan qorxun ki, bəlkə, nicat tapasınız! |
|
424 | 3 | 131 | واتقوا النار التي أعدت للكافرين |
| | | Kafirlər üçün hazırlanmış oddan (Cəhənnəmdən) həzər edin! |
|
425 | 3 | 132 | وأطيعوا الله والرسول لعلكم ترحمون |
| | | Allaha və peyğəmbərə itaət edin ki, bəlkə, bağışlanmış olasınız! |
|
426 | 3 | 133 | وسارعوا إلى مغفرة من ربكم وجنة عرضها السماوات والأرض أعدت للمتقين |
| | | Rəbbinizin məğfirətinə və genişliyi göylərlə yer üzü qədər olan, müttəqilər üçün hazırlanmış Cənnətə tələsin. |
|
427 | 3 | 134 | الذين ينفقون في السراء والضراء والكاظمين الغيظ والعافين عن الناس والله يحب المحسنين |
| | | O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər. |
|
428 | 3 | 135 | والذين إذا فعلوا فاحشة أو ظلموا أنفسهم ذكروا الله فاستغفروا لذنوبهم ومن يغفر الذنوب إلا الله ولم يصروا على ما فعلوا وهم يعلمون |
| | | O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək) günahlarının bağışlanmasını istəyərlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdiklərini (gördükləri işin pis olduğunu) bildikdə (tövbədən sonra) bir daha ona qayıtmazlar. |
|
429 | 3 | 136 | أولئك جزاؤهم مغفرة من ربهم وجنات تجري من تحتها الأنهار خالدين فيها ونعم أجر العاملين |
| | | Onların mükafatı öz Rəbbi tərəfindən bağışlanmaq və (ağacları) altından çaylar axan cənnətlərdir ki, orada əbədi qalacaqlar. Yaxşı işlər görənlərin mükafatı nə gözəldir! |
|
430 | 3 | 137 | قد خلت من قبلكم سنن فسيروا في الأرض فانظروا كيف كان عاقبة المكذبين |
| | | (Ey Müsəlmanlar!) Sizdən əvvəl bir çox vaqilər (ibrətli əfvalatlar) olub keçmişdir. İndi yer üzünü dolaşıb haqqı təkzib edənlərin aqibətinin necə olduğunu görün! |
|
431 | 3 | 138 | هذا بيان للناس وهدى وموعظة للمتقين |
| | | Bu, (belə əhvalatlar) insanlardan (xalqdan) ötrü (olub keçənlərə dair) bir xəbər, müttəqilərdən ötrü isə hidayət (doğru yola göstəriş) və nəsihətdir. |
|