نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
4197 | 40 | 64 | الله الذي جعل لكم الأرض قرارا والسماء بناء وصوركم فأحسن صوركم ورزقكم من الطيبات ذلكم الله ربكم فتبارك الله رب العالمين |
| | | Sizin üçün yeri məskən, göyü də tavan edən, sizə surət verib surətlərinizi gözəl şəklə salan, sizə pak nemətlərdən ruzi verən Allahdır. Budur sizin Rəbbiniz olan Allah. Aləmlərin Rəbbi olan Allah nə qədər xeyirxahdır! |
|
4198 | 40 | 65 | هو الحي لا إله إلا هو فادعوه مخلصين له الدين الحمد لله رب العالمين |
| | | O, əbədi Yaşayandır, Ondan başqa məbud yoxdur. Allaha, dini yalnız Ona məxsus edərək, dua edin. Aləmlərin Rəbbi olan Allaha həmd olsun! |
|
4199 | 40 | 66 | قل إني نهيت أن أعبد الذين تدعون من دون الله لما جاءني البينات من ربي وأمرت أن أسلم لرب العالمين |
| | | De: “Rəbbimdən mənə açıq-aydın dəlillər gəldiyi zaman sizin Allahdan başqa yalvardıqlarınıza ibadət etmək mənə qadağan edilmiş və mənə aləmlərin Rəbbinə itaət etmək əmr olunmuşdur”. |
|
4200 | 40 | 67 | هو الذي خلقكم من تراب ثم من نطفة ثم من علقة ثم يخرجكم طفلا ثم لتبلغوا أشدكم ثم لتكونوا شيوخا ومنكم من يتوفى من قبل ولتبلغوا أجلا مسمى ولعلكم تعقلون |
| | | Sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan yaradan, sonra sizi, böyüyüb yetkinlik yaşına çatasınız, daha sonra da qocalasınız deyə uşaq olaraq ana bətnindən çıxardan Odur. Hərçənd ki, içərinizdə qocalmamışdan əvvəl öldürülənlər də var. Bu ona görədir ki, müəyyən olunmuş vaxta yetişəsiniz və bəlkə, düşünüb daşınasınız. |
|
4201 | 40 | 68 | هو الذي يحيي ويميت فإذا قضى أمرا فإنما يقول له كن فيكون |
| | | Dirildən də, Öldürən də Odur. O, bir şeyin olmasını istədikdə ona ancaq: “Ol”– deyir, o da olur. |
|
4202 | 40 | 69 | ألم تر إلى الذين يجادلون في آيات الله أنى يصرفون |
| | | Allahın ayələri barəsində mübahisə edənləri görmürsənmi? Onlar necə də haqqa qarşı dönük çıxırlar! |
|
4203 | 40 | 70 | الذين كذبوا بالكتاب وبما أرسلنا به رسلنا فسوف يعلمون |
| | | Onlar Kitabı və elçilərimizə göndərdiklərimizi yalan saydılar. Onlar yaxınlarda biləcəklər; |
|
4204 | 40 | 71 | إذ الأغلال في أعناقهم والسلاسل يسحبون |
| | | o zaman ki, boyunlarında dəmir halqalar və zəncirlər olduğu halda sürüklənəcəklər – |
|
4205 | 40 | 72 | في الحميم ثم في النار يسجرون |
| | | qaynar suya tərəf; sonra odda yandırılacaqlar. |
|
4206 | 40 | 73 | ثم قيل لهم أين ما كنتم تشركون |
| | | Sonra da onlara deyiləcəkdir: “Haradadır şərik qoşduqlarınız – |
|