نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
4176 | 40 | 43 | لا جرم أنما تدعونني إليه ليس له دعوة في الدنيا ولا في الآخرة وأن مردنا إلى الله وأن المسرفين هم أصحاب النار |
| | | Şübhəsiz ki, sizin məni (sitayiş etməyə) çağırdıqlarınızın (dilsiz-ağılsız bütlərin) nə dünyada, nə də axirətdə (bir kəsi) çağırmaq qabiliyyəti (ibadət olunmağa haqqı) yoxdur. Bizim axır dönüşümüz isə Allahadır. (Rəbbinə şərik qoşmaqla, küfr etməklə) həddi aşanlar, sözsüz ki, cəhənnəmlikdirlər! |
|
4177 | 40 | 44 | فستذكرون ما أقول لكم وأفوض أمري إلى الله إن الله بصير بالعباد |
| | | (Allahın əzabını gördükdə) sizə dediklərimi mütləq xatırlayacaqsınız. Mən öz işimi Allaha həvalə edirəm. Həqiqətən, Allah bəndələrini görəndir!” |
|
4178 | 40 | 45 | فوقاه الله سيئات ما مكروا وحاق بآل فرعون سوء العذاب |
| | | Beləliklə, Allah onu (o mö’min şəxsi) onların qurduğu hiylələrin şərindən qorudu. Fir’on əhlini isə şiddətli əzab sardı (suya qərq oldular). |
|
4179 | 40 | 46 | النار يعرضون عليها غدوا وعشيا ويوم تقوم الساعة أدخلوا آل فرعون أشد العذاب |
| | | Onlar (ölən gündən qiyamətə qədər qəbir evində) səhər-axşam (gündə iki dəfə) odda yandırılarlar. Qiyamət qopduğu gün isə (deyiləcəkdir): “Fir’on əhlini ən şiddətli əzaba salın!” |
|
4180 | 40 | 47 | وإذ يتحاجون في النار فيقول الضعفاء للذين استكبروا إنا كنا لكم تبعا فهل أنتم مغنون عنا نصيبا من النار |
| | | O zaman onlar od içində bir-birilə çənə-boğaz olacaq, acizlər (tabe olanlar) təkəbbür göstərənlərə (öz başçılarına) deyəcəklər: “Biz (dünyada) sizə tabe idik. İndi siz cəhənnəm odunun (azacıq da olsa) bir hissəsini bizdən dəf edə bilərsinizmi?!” |
|
4181 | 40 | 48 | قال الذين استكبروا إنا كل فيها إن الله قد حكم بين العباد |
| | | Təkəbbür göstərənlər deyəcəklər: “Biz hamımız oradayıq (cəhənnəm odundayıq). Allah artıq Öz bəndələri arasında (lazımi) hökmünü vermişdir! (Buna heç bir çarə yoxdur!)” |
|
4182 | 40 | 49 | وقال الذين في النار لخزنة جهنم ادعوا ربكم يخفف عنا يوما من العذاب |
| | | Od içində olanlar cəhənnəm gözətçilərinə deyəcəklər: “Rəbbinizə dua edin ki, heç olmasa, bircə gün əzabımızı yüngülləşdirsin!” |
|
4183 | 40 | 50 | قالوا أولم تك تأتيكم رسلكم بالبينات قالوا بلى قالوا فادعوا وما دعاء الكافرين إلا في ضلال |
| | | (Cəhənnəm gözətçiləri) deyəcəklər: “Məgər sizə öz peyğəmbərləriniz açıq-aşkar mö’cüzələr gətirməmişdilər?” Onlar: “Bəli (gətirmişdilər)!” – deyə cavab verəcəklər. (Cəhənnəm gözətçiləri onlara:) “Elə isə özünüz dua edin!” – deyəcəklər. Kafirlərin duası isə boş şeydir (heç vaxt qəbul olunmaz). |
|
4184 | 40 | 51 | إنا لننصر رسلنا والذين آمنوا في الحياة الدنيا ويوم يقوم الأشهاد |
| | | Şübhəsiz ki, Biz öz peyğəmbərlərimizə və iman gətirənlərə həm dünyada, həm də şahidlərin şəhadət verəcəyi gündə (qiyamət günündə) yardım edəcəyik! |
|
4185 | 40 | 52 | يوم لا ينفع الظالمين معذرتهم ولهم اللعنة ولهم سوء الدار |
| | | Elə bir gün ki, zalımlara üzrxahlıqları heç bir fayda verməyəcəkdir. (O gün) onları lə’nət və axirət yurdunun pis əzabı gözləyir. |
|