نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
4166 | 40 | 33 | يوم تولون مدبرين ما لكم من الله من عاصم ومن يضلل الله فما له من هاد |
| | | (Qorxudan) üz çevirib qaçacağınız gün sizi Allahdan (Allahın əzabından) qoruyan tapılmaz. Allahın yoldan etdiyi kimsəyə də yol göstərən olmaz!” |
|
4167 | 40 | 34 | ولقد جاءكم يوسف من قبل بالبينات فما زلتم في شك مما جاءكم به حتى إذا هلك قلتم لن يبعث الله من بعده رسولا كذلك يضل الله من هو مسرف مرتاب |
| | | And olsun ki, daha öncə Yusif sizə açıq-aşkar dəlillər (mö’cüzələr) gətirmişdi. Siz onun gətirdiklərinə şəkk edib dururdunuz. Nəhayət, (Yusif) vəfat etdikdə: “Allah ondan sonra əsla peyğəmbər göndərməyəcəkdir!” – dediniz. Allah (küfr etməklə) həddi aşan, şəkk içində olan kimsəni belə yoldan azdırar! |
|
4168 | 40 | 35 | الذين يجادلون في آيات الله بغير سلطان أتاهم كبر مقتا عند الله وعند الذين آمنوا كذلك يطبع الله على كل قلب متكبر جبار |
| | | O kəslər ki, (Rəbbindən) özlərinə heç bir dəlil gəlmədən Allahın ayələri barəsində mübahisə edərlər. Bu həm Allah, həm də iman gətirənlər yanında (onlara qarşı) nifrət artırar. Allah hər təkəbbür sahibinin, zalımin ürəyini (təkəbbür, zülm sahibi olan hər bir qəlbi) belə möhürləyər! |
|
4169 | 40 | 36 | وقال فرعون يا هامان ابن لي صرحا لعلي أبلغ الأسباب |
| | | Fir’on (istehza ilə) dedi: “Ey Haman! Mənim üçün bir uca qəsr tik ki, bəlkə, yollara yetişim – |
|
4170 | 40 | 37 | أسباب السماوات فأطلع إلى إله موسى وإني لأظنه كاذبا وكذلك زين لفرعون سوء عمله وصد عن السبيل وما كيد فرعون إلا في تباب |
| | | Göylərin yollarına (yetişim) və Musanın Allahını görüm (Ona vaqif olum). Doğrusu, mən onu yalançı sayıram!” Fir’ona pis əməli beləcə yaxşı göstərildi. O, (haqq) yoldan çıxarıldı. Fir’onun hiyləsi ancaq boşa çıxdı. (Fir’on xeyli xərc çəkib uca bir bina tikdirdi. Musanı təkzib etmək üçün cürbəcür vasitələrə əl atdı, lakin bunların hamısı hədər getdi. O, Musaya heç bir şey edə bilmədi). |
|
4171 | 40 | 38 | وقال الذي آمن يا قوم اتبعون أهدكم سبيل الرشاد |
| | | O mö’min adam dedi: “Ey qövmüm! Mənim ardımca gəlin, sizi doğru yola çıxardım! |
|
4172 | 40 | 39 | يا قوم إنما هذه الحياة الدنيا متاع وإن الآخرة هي دار القرار |
| | | Ey qövmüm! Bu dünya həyatı keçici bir şeydir (fanidir), axirət isə əbədi yurddur! |
|
4173 | 40 | 40 | من عمل سيئة فلا يجزى إلا مثلها ومن عمل صالحا من ذكر أو أنثى وهو مؤمن فأولئك يدخلون الجنة يرزقون فيها بغير حساب |
| | | Hər kəs bir pislik etsə, o ancaq pisliyi qədər cəza alar. Amma hər kişi, yaxud qadın mö’min ikən bir yaxşılıq etsə, belələri Cənnətə daxil olub saysız-hesabsız ruziyə çatar! |
|
4174 | 40 | 41 | ويا قوم ما لي أدعوكم إلى النجاة وتدعونني إلى النار |
| | | Ey qövmüm! Bu nə işdir! Mən sizi nicata də’vət etdiyim halda, siz məni Cəhənnəmə (cəhənnəm oduna) də’vət edirsiniz! |
|
4175 | 40 | 42 | تدعونني لأكفر بالله وأشرك به ما ليس لي به علم وأنا أدعوكم إلى العزيز الغفار |
| | | Siz məni Allahı inkar etməyə, bilmədiyim bir şeyi Ona şərik qoşmağa çağırdığınız halda, mən sizi (hər şeyə qalib) yenilməz qüvvət sahibi olan, çox bağışlayan Allaha (ibadət etməyə) çağırıram! |
|