نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
417 | 3 | 124 | إذ تقول للمؤمنين ألن يكفيكم أن يمدكم ربكم بثلاثة آلاف من الملائكة منزلين |
| | | O zaman sən mö’minlərə deyirdin: “Rəbbinizin üç min mələk endirərək imdadınıza yetişməsi sizə kifayət etməzmi?” |
|
418 | 3 | 125 | بلى إن تصبروا وتتقوا ويأتوكم من فورهم هذا يمددكم ربكم بخمسة آلاف من الملائكة مسومين |
| | | Bəli, əgər səbr edib (Allahdan) qorxsanız, onlar (Məkkə müşrikləri) qəzəblə üstünüzə gəldikləri zaman Rəbbiniz artıq beş min nişan qoyulmuş mələklə sizə yardım edər. |
|
419 | 3 | 126 | وما جعله الله إلا بشرى لكم ولتطمئن قلوبكم به وما النصر إلا من عند الله العزيز الحكيم |
| | | Allah bunu sizin üçün məhz müjdə olaraq və qəlbləriniz rahatlansın deyə etdi. Kömək ancaq yenilməz qüdrət, hikmət sahibi olan Allahdandır ki, |
|
420 | 3 | 127 | ليقطع طرفا من الذين كفروا أو يكبتهم فينقلبوا خائبين |
| | | O (bununla) kafirlərin bir hissəsini məhv etsin (döyüş meydanında kəsib-doğrasın) və ya onları məğlubiyyətə uğratsın. Belə ki, onlar naümid geri dönsünlər. |
|
421 | 3 | 128 | ليس لك من الأمر شيء أو يتوب عليهم أو يعذبهم فإنهم ظالمون |
| | | (Ya Rəsulum!) Bu işdə sənə dəxli olan bir şey yoxdur. (Allah) ya onların tövbələrini qəbul edər, ya da onlara əzab verər, çünki onlar, həqiqətən, zalım kimsələrdir. |
|
422 | 3 | 129 | ولله ما في السماوات وما في الأرض يغفر لمن يشاء ويعذب من يشاء والله غفور رحيم |
| | | Göylərdə və yerdə olanlar Allaha məxsusdur. O, istədiyini bağışlar, istədiyinə isə əzab verər. Əlbəttə, Allah bağışlayandır, rəhm edəndir! |
|
423 | 3 | 130 | يا أيها الذين آمنوا لا تأكلوا الربا أضعافا مضاعفة واتقوا الله لعلكم تفلحون |
| | | Ey iman gətirənlər! Sələmi (borc üzərinə qoyduğunuz faizi) qat-qat artırıb yeməyin. Allahdan qorxun ki, bəlkə, nicat tapasınız! |
|
424 | 3 | 131 | واتقوا النار التي أعدت للكافرين |
| | | Kafirlər üçün hazırlanmış oddan (Cəhənnəmdən) həzər edin! |
|
425 | 3 | 132 | وأطيعوا الله والرسول لعلكم ترحمون |
| | | Allaha və peyğəmbərə itaət edin ki, bəlkə, bağışlanmış olasınız! |
|
426 | 3 | 133 | وسارعوا إلى مغفرة من ربكم وجنة عرضها السماوات والأرض أعدت للمتقين |
| | | Rəbbinizin məğfirətinə və genişliyi göylərlə yer üzü qədər olan, müttəqilər üçün hazırlanmış Cənnətə tələsin. |
|