نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
4150 | 40 | 17 | اليوم تجزى كل نفس بما كسبت لا ظلم اليوم إن الله سريع الحساب |
| | | Bu gün hər kəsə qazandığının əvəzi veriləcəkdir. Bu gün haqsızlıq olmaz. Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir. |
|
4151 | 40 | 18 | وأنذرهم يوم الآزفة إذ القلوب لدى الحناجر كاظمين ما للظالمين من حميم ولا شفيع يطاع |
| | | Onları ürəklərin xirtdəyə çatacağı, özləri də qəm-qüssə içində olacaqları Yaxınlaşan günlə qorxut. O gün zalımların nə bir yaxın dostu, nə də sözü keçən bir şəfaətçisi olar. |
|
4152 | 40 | 19 | يعلم خائنة الأعين وما تخفي الصدور |
| | | Allah gözlərin xaincəsinə baxışını və kökslərin nələr gizlətdiyini bilir. |
|
4153 | 40 | 20 | والله يقضي بالحق والذين يدعون من دونه لا يقضون بشيء إن الله هو السميع البصير |
| | | Allah ədalətlə hökm verər. Ondan başqa yalvardıqları bütlər isə heç bir şeyə hökm verə bilməzlər. Şübhəsiz ki, Allah Eşidəndir, Görəndir! |
|
4154 | 40 | 21 | أولم يسيروا في الأرض فينظروا كيف كان عاقبة الذين كانوا من قبلهم كانوا هم أشد منهم قوة وآثارا في الأرض فأخذهم الله بذنوبهم وما كان لهم من الله من واق |
| | | Məgər onlar yer üzündə gəzib-dolaşıb özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmədilərmi? Onlar bunlardan daha qüvvətli idilər və yer üzündə daha çox iz qoymuşdular. Allah onları günahlarına görə əzabla yaxaladı və onları Allahdan qoruyan olmadı. |
|
4155 | 40 | 22 | ذلك بأنهم كانت تأتيهم رسلهم بالبينات فكفروا فأخذهم الله إنه قوي شديد العقاب |
| | | Bu ona görə idi ki, elçiləri onlara açıq-aydın dəlillər gətirdikləri halda, onlar inkar edirdilər. Buna görə də Allah onları əzabla yaxaladı. Həqiqətən, O, Qüvvətlidir, cəzası da şiddətlidir. |
|
4156 | 40 | 23 | ولقد أرسلنا موسى بآياتنا وسلطان مبين |
| | | Biz Musanı möcüzələrimizlə və aşkar bir dəlillə göndərdik – |
|
4157 | 40 | 24 | إلى فرعون وهامان وقارون فقالوا ساحر كذاب |
| | | Fironun, Hamanın və Qarunun yanına. Onlar isə: “Bu, yalançı bir sehrbazdır!”– dedilər. |
|
4158 | 40 | 25 | فلما جاءهم بالحق من عندنا قالوا اقتلوا أبناء الذين آمنوا معه واستحيوا نساءهم وما كيد الكافرين إلا في ضلال |
| | | Musa onlara Bizim dərgahımızdan həqiqəti bəyan etdikdə onlar dedilər: “Onunla birlikdə iman gətirənlərin oğullarını öldürün, qadınlarını isə sağ buraxın!” Amma bilin ki, kafirlərin hiyləsi boşa çıxar. |
|
4159 | 40 | 26 | وقال فرعون ذروني أقتل موسى وليدع ربه إني أخاف أن يبدل دينكم أو أن يظهر في الأرض الفساد |
| | | Firon dedi: “Buraxın məni Musanı öldürüm! Qoy o da Rəbbinə yalvarsın. Çünki mən onun sizin dininizi dəyişdirəcəyindən, yaxud yer üzündə fəsad törədəcəyindən qorxuram”. |
|