نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
4142 | 40 | 9 | وقهم السيئات ومن تق السيئات يومئذ فقد رحمته وذلك هو الفوز العظيم |
| | | Onları pisliklərdən (tövbədən qabaq etdikləri pis əməllərinin cəzasından) qoru. O gün (qiyamət günü) pisliklərdən kimi qorusan, şübhəsiz ki, ona rəhm etmiş olursan. Ən böyük qurtuluş (uğur) budur!” |
|
4143 | 40 | 10 | إن الذين كفروا ينادون لمقت الله أكبر من مقتكم أنفسكم إذ تدعون إلى الإيمان فتكفرون |
| | | Küfr edənlərə (qiyamət günü Cəhənnəmə daxil olduqda) belə müraciət ediləcəkdir: “Allahın nifrəti sizin (dünyadakı pis əməllərinizə görə bu gün) özünüzə (və ya bir-birinizə) olan nifrətinizdən daha böyükdür. Çünki siz imana də’vət olunduğunuz zaman öz küfrünüzdə davam edib dururdunuz!” |
|
4144 | 40 | 11 | قالوا ربنا أمتنا اثنتين وأحييتنا اثنتين فاعترفنا بذنوبنا فهل إلى خروج من سبيل |
| | | Onlar deyəcəklər: “Ey Rəbbimiz! Sən bizi iki dəfə öldürüb, iki dəfə diriltdin (əvvəlcə atalarımızın belində ölü vəziyyətində olduğumuz ikən bizi dünyaya gətirdin. Bir müddət dünyada yaşatdıqdan sonra öldürdün və indi, qiyamət günü yenidən diriltdin). Biz öz günahlarımızı e’tiraf etdik. İndi (buradan) çıxmağa bir yol varmıdır?” |
|
4145 | 40 | 12 | ذلكم بأنه إذا دعي الله وحده كفرتم وإن يشرك به تؤمنوا فالحكم لله العلي الكبير |
| | | (Onlara belə cavab veriləcəkdir:) “Bu (əzab) ona görədir ki, (dünyada) yalnız Allah çağırıldığı (Allahdan başqa heç bir tanrı yoxdur deyildiyi) zaman inkar edir, Ona şərik qoşulduqda isə inanırdınız. İndi isə hökm (hər şeydən) uca, böyük olan Allahındır!” |
|
4146 | 40 | 13 | هو الذي يريكم آياته وينزل لكم من السماء رزقا وما يتذكر إلا من ينيب |
| | | Sizə ayələrini (mö’cüzələrini, dəlillərini) göstərən, göydən ruzi (hər şeyi göyərdən yağış) endirən məhz Odur. (Bu ayələrdən) ancaq (tövbə edib Rəbbinə) dönən (Ona şərik qoşmaqdan imtina edən) kimsə ibrət alar! |
|
4147 | 40 | 14 | فادعوا الله مخلصين له الدين ولو كره الكافرون |
| | | (Ey mö’minlər!) Kafirlərə xoş gəlməsə də, Allaha dini yalnız Ona aid edərək (ixlasla) ibadət edin! |
|
4148 | 40 | 15 | رفيع الدرجات ذو العرش يلقي الروح من أمره على من يشاء من عباده لينذر يوم التلاق |
| | | Dərəcələri yüksəldən (mələklərin, peyğəmbərlərin, övliyaların və mö’minlərin mərtəbələrini ucaldan, yaxud hər şeydən uca), ərşin sahibi Allah öz əmrindən olan vəhyi bəndələrindən istədiyinə nazil edir ki, (o, insanları) görüş günü (yer və göy əhlinin, ibadət edənlə ibadət olunanın, zalımla məzlumun bir-birilə görüşəcəyi, ruhla bədənin qovuşacağı qiyamət günü) ilə qorxutsun! |
|
4149 | 40 | 16 | يوم هم بارزون لا يخفى على الله منهم شيء لمن الملك اليوم لله الواحد القهار |
| | | Elə bir gün ki, onlar (bütün insanlar qəbirlərindən) çıxacaq, onların heç bir şeyi Allahdan gizli qalmayacaqdır. (Allah buyuracaq:) “Bu gün hökm kimindir?” (Heç kəsin qımıldanmağa belə cür’əti çatmadığından Allah Özü cavab verəcəkdir:) “Bir olan (heç bir şəriki, bənzəri olmayan), (qüdrətilə hər şeyə) qalib olan Allahındır!” |
|
4150 | 40 | 17 | اليوم تجزى كل نفس بما كسبت لا ظلم اليوم إن الله سريع الحساب |
| | | Bu gün hər kəs öz əməlinə görə cəzalandırılacaqdır. Bu gün heç bir zülm (haqsızlıq) ola bilməz. Allah tez haqq-hesab çəkəndir! |
|
4151 | 40 | 18 | وأنذرهم يوم الآزفة إذ القلوب لدى الحناجر كاظمين ما للظالمين من حميم ولا شفيع يطاع |
| | | (Ya Peyğəmbər!) Onları (hövldən) ürəklərin ağıza gələcəyi (udquna belə biməyəcəkləri və ya ürəkləri qəm-qüssə ilə dolacağı) yaxın günlə (qiyamət günü ilə) qorxut. (O gün) zalımların nə bir dostu, nə də sözü keçən bir şəfaətçisi olar! |
|