نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
414 | 3 | 121 | وإذ غدوت من أهلك تبوئ المؤمنين مقاعد للقتال والله سميع عليم |
| | | O zaman sən Uhuddakı döyüşdən ötrü möminləri mövqelərə yerləşdirmək üçün səhər tezdən ailəndən ayrılıb getdin. Allah, Eşidəndir, Biləndir! |
|
415 | 3 | 122 | إذ همت طائفتان منكم أن تفشلا والله وليهما وعلى الله فليتوكل المؤمنون |
| | | O zaman sizlərdən iki dəstə ruhdan düşməyə hazır idilər. Allah isə onların yardımçısı oldu. Qoy möminlər Allaha təvəkkül etsinlər. |
|
416 | 3 | 123 | ولقد نصركم الله ببدر وأنتم أذلة فاتقوا الله لعلكم تشكرون |
| | | Siz zəif olduğunuz halda Allah, Bədrdə sizə yardım etdi. Elə isə Allahdan qorxun ki, bəlkə şükür edəsiniz. |
|
417 | 3 | 124 | إذ تقول للمؤمنين ألن يكفيكم أن يمدكم ربكم بثلاثة آلاف من الملائكة منزلين |
| | | O vaxt sən möminlərə demişdin: “Rəbbinizin göndərdiyi üç min mələyin köməyinizə çatması, sizə bəs etmirmi?” |
|
418 | 3 | 125 | بلى إن تصبروا وتتقوا ويأتوكم من فورهم هذا يمددكم ربكم بخمسة آلاف من الملائكة مسومين |
| | | Əlbəttə, siz səbir etsəniz, Allahdan qorxsanız və onlar bu saat sizin üstünüzə hücuma keçsələr, Rəbbiniz nişanlanmış beş min mələklə sizə yardım edər. |
|
419 | 3 | 126 | وما جعله الله إلا بشرى لكم ولتطمئن قلوبكم به وما النصر إلا من عند الله العزيز الحكيم |
| | | Allah bunu sizə ancaq bir müjdə və qəlbiniz bununla sakit olsun deyə etdi. Kömək ancaq Qüdrətli və Müdrik Allahdandır. |
|
420 | 3 | 127 | ليقطع طرفا من الذين كفروا أو يكبتهم فينقلبوا خائبين |
| | | Bu ona görə idi ki, Allah bununla kafirlərin bir bölüyünü qırğına versin və ya onları darmadağın etsin ki, məyus halda geri dönsünlər. |
|
421 | 3 | 128 | ليس لك من الأمر شيء أو يتوب عليهم أو يعذبهم فإنهم ظالمون |
| | | Bu işin sənə aidiyyəti yoxdur. Allah ya onların tövbəsini qəbul edər, ya da onlara əzab verər. Çünki onlar zalımdırlar. |
|
422 | 3 | 129 | ولله ما في السماوات وما في الأرض يغفر لمن يشاء ويعذب من يشاء والله غفور رحيم |
| | | Göylərdə və yerdə nə varsa, Allahındır. O, istədiyini bağışlayar, istədiyinə də əzab verər. Allah Bağışlayandır, Rəhmlidir. |
|
423 | 3 | 130 | يا أيها الذين آمنوا لا تأكلوا الربا أضعافا مضاعفة واتقوا الله لعلكم تفلحون |
| | | Ey iman gətirənlər! Dəfələrlə artırılmış olan sələmi yeməyin! Allahdan qorxun ki, bəlkə, nicat tapasınız. |
|