نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
4130 | 39 | 72 | قيل ادخلوا أبواب جهنم خالدين فيها فبئس مثوى المتكبرين |
| | | Onlara: “İçində əbədi qalacağınız Cəhənnəmin qapılarına girin!”– deyiləcək. Təkəbbürlülərin yeri necə də pisdir! |
|
4131 | 39 | 73 | وسيق الذين اتقوا ربهم إلى الجنة زمرا حتى إذا جاءوها وفتحت أبوابها وقال لهم خزنتها سلام عليكم طبتم فادخلوها خالدين |
| | | Rəbbindən qorxanlar da dəstə-dəstə Cənnətə gətiriləcəklər. Nəhayət, ora çatdıqda onun qapıları açılacaq və onun gözətçiləri onlara deyəcəklər: “Sizə salam olsun! Xoş sizin halınıza! Əbədi qalmaq üçün buraya daxil olun!” |
|
4132 | 39 | 74 | وقالوا الحمد لله الذي صدقنا وعده وأورثنا الأرض نتبوأ من الجنة حيث نشاء فنعم أجر العاملين |
| | | Onlar deyəcəklər: “Bizə verdiyi vədini yerinə yetirən və bizi bu yerə varis edən Allaha həmd olsun! Biz Cənnətin istədiyimiz yerində sakin oluruq. Yaxşı əməl sahiblərinin mükafatı necə də gözəldir!” |
|
4133 | 39 | 75 | وترى الملائكة حافين من حول العرش يسبحون بحمد ربهم وقضي بينهم بالحق وقيل الحمد لله رب العالمين |
| | | Sən mələklərin, Ərşi əhatə edərək Rəbbinə həmd ilə təriflər dediklərini görəcəksən. Onların arasında ədalətlə hökm veriləcək və: “Aləmlərin Rəbbi olan Allaha həmd olsun!”– deyiləcəkdir. |
|
4134 | 40 | 1 | بسم الله الرحمن الرحيم حم |
| | | Ha. Mim. |
|
4135 | 40 | 2 | تنزيل الكتاب من الله العزيز العليم |
| | | Bu Kitab Qüdrətli, Müdrik Allah tərəfindən nazil edilmişdir. |
|
4136 | 40 | 3 | غافر الذنب وقابل التوب شديد العقاب ذي الطول لا إله إلا هو إليه المصير |
| | | Bu, günahları Bağışlayan, tövbələri qəbul edən, cəzası şiddətli olan lütf sahibindəndir! Ondan başqa məbud yoxdur. Dönüş də Onadır. |
|
4137 | 40 | 4 | ما يجادل في آيات الله إلا الذين كفروا فلا يغررك تقلبهم في البلاد |
| | | Allahın ayələri barəsində yalnız kafirlər mübahisə edərlər. Onların şəhərlərdə gəzib-dolaşmaları səni aldatmasın. |
|
4138 | 40 | 5 | كذبت قبلهم قوم نوح والأحزاب من بعدهم وهمت كل أمة برسولهم ليأخذوه وجادلوا بالباطل ليدحضوا به الحق فأخذتهم فكيف كان عقاب |
| | | Onlardan əvvəl Nuhun xalqı və sonrakı əlbir dəstələr də elçiləri yalançı saydılar. Hər ümmət öz elçilərini yaxalamağa qəsd edirdi. Onlar həqiqətin yalan olduğunu sübuta yetirmək üçün batil sözlərlə mübahisə aparırdılar. Mən də onları yaxaladım. Bir görəydin Mənim cəzam necə oldu! |
|
4139 | 40 | 6 | وكذلك حقت كلمت ربك على الذين كفروا أنهم أصحاب النار |
| | | Kafirlərin od sakinləri olacağı barədə Rəbbinin Sözü beləcə həqiqətə çevrildi. |
|