نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
4085 | 39 | 27 | ولقد ضربنا للناس في هذا القرآن من كل مثل لعلهم يتذكرون |
| | | Biz bu Qur’anda insanlar üçün hər çür məsəl çəkdik ki, bəlkə, öyüd-nəsihət qəbul etsinlər! |
|
4086 | 39 | 28 | قرآنا عربيا غير ذي عوج لعلهم يتقون |
| | | Biz (onlara) nöqsansız-qüsursuz (heç bir əyri-üyrülüyü, dolaşıqlığı olmayan) ərəbcə bir Qur’an nazil etdik ki, Allahdan qorxub pis əməllərdən çəkinsinlər. |
|
4087 | 39 | 29 | ضرب الله مثلا رجلا فيه شركاء متشاكسون ورجلا سلما لرجل هل يستويان مثلا الحمد لله بل أكثرهم لا يعلمون |
| | | Allah (müşriklərlə müvəhhid mö’minlər barəsində) bir məsəl çəkir: “Bir adamın (kölənin) bir-biri ilə çəkişən (pis xasiyyətli) bir neçə şərikli ağası var (hərəsi onu haqqı çatan qədər işlədir). Başqa bir adamın da yalnız bir ağası var (təkcə ona xidmət edir). Onların hər ikisi vəziyyətcə eyni ola bilərmi?! Həmd (şükür və tə’rif) ancaq Allaha məxsusdur, lakin onların (müşriklərin) əksəriyyəti (bu həqiqəti) bilməz! |
|
4088 | 39 | 30 | إنك ميت وإنهم ميتون |
| | | (Ya Peyğəmbər!) Şübhəsiz ki, sən də öləcəksən, onlar da öləcəklər! |
|
4089 | 39 | 31 | ثم إنكم يوم القيامة عند ربكم تختصمون |
| | | Sonra siz qiyamət günü Rəbbinizin hüzurunda mübahisə edəcəksiniz. |
|
4090 | 39 | 32 | فمن أظلم ممن كذب على الله وكذب بالصدق إذ جاءه أليس في جهنم مثوى للكافرين |
| | | Allaha qarşı yalan uydurub söyləyən (Allaha övlad isnad edən, Onun şərikləri olduğunu deyən), özünə gələn həqiqəti (Qur’anı, peyğəmbəri) təkzib edən kimsədən daha zalım kim ola bilər? Məgər Cəhənnəmdə kafirlər üçün yer yoxdur?! (Əlbəttə, vardır!) |
|
4091 | 39 | 33 | والذي جاء بالصدق وصدق به أولئك هم المتقون |
| | | Haqqı (Qur’anı) gətirən və onu təsdiq edənlər (Peyğəmbər və mö’minlər) isə əsl müttəqilərdir. |
|
4092 | 39 | 34 | لهم ما يشاءون عند ربهم ذلك جزاء المحسنين |
| | | Onlar üçün Rəbbinin dərgahında dilədikləri hər şey vardır. Yaxşı işlər görənlərin mükafatı budur! |
|
4093 | 39 | 35 | ليكفر الله عنهم أسوأ الذي عملوا ويجزيهم أجرهم بأحسن الذي كانوا يعملون |
| | | Allah (bununla) onların etdikləri ən pis işlərin üstünü örtəcək və gördükləri ən yaxşı işlərə görə onları mükafatlandıracaqdır (yaxud etdikləri əməllərin ən gözəl mükafatını verəcəkdir). |
|
4094 | 39 | 36 | أليس الله بكاف عبده ويخوفونك بالذين من دونه ومن يضلل الله فما له من هاد |
| | | (Ya Peyğəmbər!) Məgər Allah Öz bəndəsinə kifayət deyilmi?! Onlar (müşriklər) isə səni Ondan qeyriləri (öz bütləri, tanrıları) ilə qorxudurlar. Allahın yoldan çıxartdığı kimsəyə heç kəs yol göstərə bilməz. |
|