نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
4030 | 38 | 60 | قالوا بل أنتم لا مرحبا بكم أنتم قدمتموه لنا فبئس القرار |
| | | (Tabe olanlar da öz başçılarına) belə deyəcəklər: “Xeyr, siz elə özünüz rahatlıq üzü görməyəsiniz! (Sizin özünüzə salam olmasın!) Bunu bizim üçün siz hazırladınız (bu əzaba, küfrə bizi siz uğratdınız). Bir baxın (bu Cəhənnəm) necə də pis məskəndir! |
|
4031 | 38 | 61 | قالوا ربنا من قدم لنا هذا فزده عذابا ضعفا في النار |
| | | Onlar deyəcəklər: “Ey Rəbbimiz! Buna (bu əzaba) bizi kim uğradıbsa, onun əzabını Cəhənnəmdə ikiqat elə!” |
|
4032 | 38 | 62 | وقالوا ما لنا لا نرى رجالا كنا نعدهم من الأشرار |
| | | (Azğınlar, Allaha asi olanlar bir-birinə) deyəcəklər: “(Dünyada) pis adamlar saydığımız kəsləri (yoxsul mö’minləri) niyə burda görmürük? |
|
4033 | 38 | 63 | أتخذناهم سخريا أم زاغت عنهم الأبصار |
| | | Biz onları məsxərəyə qoyurduq. Yoxsa onlar (burada olduqları halda) gözə dəymirlər?!” |
|
4034 | 38 | 64 | إن ذلك لحق تخاصم أهل النار |
| | | Şübhəsiz ki, bu – cəhənnəm əhlinin bir-biri ilə bu cür çəkişməsi (çənə-boğaz olması) bir həqiqətdir! |
|
4035 | 38 | 65 | قل إنما أنا منذر وما من إله إلا الله الواحد القهار |
| | | (Ya Rəsulum!) De: “Mən yalnız (sizi Allahın əzabı ilə) qorxudan bir peyğəmbərəm. Bir olan, (hər şeyi) qəhr edən Allahdan başqa heç bir tanrı yoxdur! |
|
4036 | 38 | 66 | رب السماوات والأرض وما بينهما العزيز الغفار |
| | | O, göylərin, yerin və onların arasında olanların (bütün məxluqatın) Rəbbidir! O, yenilməz qüvvət sahibidir, çox bağışlayandır. |
|
4037 | 38 | 67 | قل هو نبأ عظيم |
| | | De: “O (Qur’an Allah dərgahından nazil olan) çox böyük xəbərdir! |
|
4038 | 38 | 68 | أنتم عنه معرضون |
| | | Siz isə ondan üz döndərirsiniz! |
|
4039 | 38 | 69 | ما كان لي من علم بالملإ الأعلى إذ يختصمون |
| | | (Mələklər Adəmin yaradılması barədə Allahla) mübahisə apararkən mənim yuxarı aləmdən heç bir xəbərim yox idi. |
|