نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
4015 | 38 | 45 | واذكر عبادنا إبراهيم وإسحاق ويعقوب أولي الأيدي والأبصار |
| | | (Ya Rəsulum!) Qüvvət və bəsirət sahibi olan bəndələrimiz İbrahimi, İshaqı və Yə’qubu da yad et! |
|
4016 | 38 | 46 | إنا أخلصناهم بخالصة ذكرى الدار |
| | | Biz yurdu (axirət yurdunu) anmaq xislətini onlara məxsus elədik. (Onlar naz-ne’mətə, şan-şöhrətə uymayıb ömürlərini Allaha ibadət və itaət içində keçirdər, dünyalarından daha çox axirətləri haqında düşünərdilər). |
|
4017 | 38 | 47 | وإنهم عندنا لمن المصطفين الأخيار |
| | | Şübhəsiz ki, onlar dərgahımızdan seçilmiş ən yaxşı kimsələrdəndirlər! |
|
4018 | 38 | 48 | واذكر إسماعيل واليسع وذا الكفل وكل من الأخيار |
| | | (Ya Peyğəmbər!) İsmaili, (İlyasın əmisi oğlu) əl-Yəsə’i və Zül-Kifli də xatırla! Onların hamısı seçilmiş, ən yaxşı kimsələrdəndir! |
|
4019 | 38 | 49 | هذا ذكر وإن للمتقين لحسن مآب |
| | | Bu, (onları tə’riflə, minnətdarlıqla) yada salmaqdır (yaxud bu Qur’an sənin özün və ümmətin üçün bir öyüd-nəsihətdir). Allahdan qorxub pis əməllərdən çəkinənləri gözəl bir qayıdış yeri (Cənnət) gözləyir! |
|
4020 | 38 | 50 | جنات عدن مفتحة لهم الأبواب |
| | | Qapıları onlar üçün (taybatay) açılmış Ədn cənnətləri! |
|
4021 | 38 | 51 | متكئين فيها يدعون فيها بفاكهة كثيرة وشراب |
| | | Onlar orada (taxtlara) söykənib cürbəcür meyvələr və içkilər (cənnət içkiləri) istəyəcəklər. |
|
4022 | 38 | 52 | وعندهم قاصرات الطرف أتراب |
| | | Onların yanında gözlərini (yalnız ərlərinə) dikmiş həmyaşıdlar (hamısı otuz üç yaşında zövcələr) olacaqdır. |
|
4023 | 38 | 53 | هذا ما توعدون ليوم الحساب |
| | | Haqq-hesab günü üçün (axirətdə) və’d olunduğunuz (ne’mətlər) bunlardır. |
|
4024 | 38 | 54 | إن هذا لرزقنا ما له من نفاد |
| | | Bu, əlbəttə, Bizim ruzimizdir. O bitməz-tükənməzdir. |
|