نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
4012 | 38 | 42 | اركض برجلك هذا مغتسل بارد وشراب |
| | | Biz ona dedik: “Ayağını yerə vur! Budur yuyunmaq və içmək üçün sərin su!” |
|
4013 | 38 | 43 | ووهبنا له أهله ومثلهم معهم رحمة منا وذكرى لأولي الألباب |
| | | Bizdən bir mərhəmət və ağıl sahiblərinə bir ibrət olsun deyə, ona ailəsini yenidən və üstəlik bir o qədər də əlavə övlad bəxş etdik. |
|
4014 | 38 | 44 | وخذ بيدك ضغثا فاضرب به ولا تحنث إنا وجدناه صابرا نعم العبد إنه أواب |
| | | Biz ona dedik: “Əlinə bir dəstə çubuq götür və onunla arvadını vur. Andını pozma”. Həqiqətən, Biz onu səbir edən gördük. Necə də gözəl qul idi! O, daima Allaha üz tutardı. |
|
4015 | 38 | 45 | واذكر عبادنا إبراهيم وإسحاق ويعقوب أولي الأيدي والأبصار |
| | | Qüdrət və bəsirət sahibi olan qullarımız İbrahimi, İshaqı və Yəqubu da yada sal! |
|
4016 | 38 | 46 | إنا أخلصناهم بخالصة ذكرى الدار |
| | | Biz onları Axirət yurdunu sadiq ürəklə andıqlarına görə seçdik. |
|
4017 | 38 | 47 | وإنهم عندنا لمن المصطفين الأخيار |
| | | Həqiqətən, onlar Bizim yanımızda seçilmiş ən yaxşı kimsələrdəndirlər. |
|
4018 | 38 | 48 | واذكر إسماعيل واليسع وذا الكفل وكل من الأخيار |
| | | İsmaili, əl-Yəsə'i və Zül-Kifli də yada sal! Onların hamısı ən yaxşı kimsələrdəndir. |
|
4019 | 38 | 49 | هذا ذكر وإن للمتقين لحسن مآب |
| | | Bu, bir xatırlatmadır. Allahdan qorxanları gözəl bir qayıdış yeri gözləyir – |
|
4020 | 38 | 50 | جنات عدن مفتحة لهم الأبواب |
| | | qapıları onlar üçün açılmış Ədn bağları. |
|
4021 | 38 | 51 | متكئين فيها يدعون فيها بفاكهة كثيرة وشراب |
| | | Onlar orada taxtlara dirsəklənib çoxlu-çoxlu meyvələr və cənnətə məxsus içkilər istəyəcəklər. |
|