نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
4012 | 38 | 42 | اركض برجلك هذا مغتسل بارد وشراب |
| | | (Ona belə buyurduq:) “Ayağınla (yerə) vur! Bu, (yerdən çıxan bulaq) yuyunacaq və içiləcək sərin (sudur)!” (Əyyub o su ilə qüsl edib ondan içən kimi bütün xəstəlikləri getdi). |
|
4013 | 38 | 43 | ووهبنا له أهله ومثلهم معهم رحمة منا وذكرى لأولي الألباب |
| | | Dərgahımızdan bir mərhəmət və ağıl sahiblərinə bir ibrət olsun deyə, ona ailəsini və üstəlik bir o qədər də (oğul-uşaq) bağışladıq. |
|
4014 | 38 | 44 | وخذ بيدك ضغثا فاضرب به ولا تحنث إنا وجدناه صابرا نعم العبد إنه أواب |
| | | (Əyyub xəstə olduğu zaman övrəti bir iş dalınca harasa getmiş, yubanıb çox gec gəlmişdi. Bundan hirslənən Əyyub sağaldıqdan sonra ona yüz çubuq vuracağına and içmişdi. Əyyubun öz andına əməl etməsi, həm də zövcəsinin cəsasının yüngülləşdirilməsi üçün ona belə buyurduq:) “Əlinə (yüz yaş və ya quru çubuqdan ibarət) bir dəstə götür və onunla (övrətini) vur. Andını pozma. Biz onu (müsibətlərə) səbr edən gördük. Nə gözəl bəndə! O, (daim Allaha) sığınan bir kimsə idi. |
|
4015 | 38 | 45 | واذكر عبادنا إبراهيم وإسحاق ويعقوب أولي الأيدي والأبصار |
| | | (Ya Rəsulum!) Qüvvət və bəsirət sahibi olan bəndələrimiz İbrahimi, İshaqı və Yə’qubu da yad et! |
|
4016 | 38 | 46 | إنا أخلصناهم بخالصة ذكرى الدار |
| | | Biz yurdu (axirət yurdunu) anmaq xislətini onlara məxsus elədik. (Onlar naz-ne’mətə, şan-şöhrətə uymayıb ömürlərini Allaha ibadət və itaət içində keçirdər, dünyalarından daha çox axirətləri haqında düşünərdilər). |
|
4017 | 38 | 47 | وإنهم عندنا لمن المصطفين الأخيار |
| | | Şübhəsiz ki, onlar dərgahımızdan seçilmiş ən yaxşı kimsələrdəndirlər! |
|
4018 | 38 | 48 | واذكر إسماعيل واليسع وذا الكفل وكل من الأخيار |
| | | (Ya Peyğəmbər!) İsmaili, (İlyasın əmisi oğlu) əl-Yəsə’i və Zül-Kifli də xatırla! Onların hamısı seçilmiş, ən yaxşı kimsələrdəndir! |
|
4019 | 38 | 49 | هذا ذكر وإن للمتقين لحسن مآب |
| | | Bu, (onları tə’riflə, minnətdarlıqla) yada salmaqdır (yaxud bu Qur’an sənin özün və ümmətin üçün bir öyüd-nəsihətdir). Allahdan qorxub pis əməllərdən çəkinənləri gözəl bir qayıdış yeri (Cənnət) gözləyir! |
|
4020 | 38 | 50 | جنات عدن مفتحة لهم الأبواب |
| | | Qapıları onlar üçün (taybatay) açılmış Ədn cənnətləri! |
|
4021 | 38 | 51 | متكئين فيها يدعون فيها بفاكهة كثيرة وشراب |
| | | Onlar orada (taxtlara) söykənib cürbəcür meyvələr və içkilər (cənnət içkiləri) istəyəcəklər. |
|