نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
3998 | 38 | 28 | أم نجعل الذين آمنوا وعملوا الصالحات كالمفسدين في الأرض أم نجعل المتقين كالفجار |
| | | Yoxsa Biz iman gətirib yaxşı işlər görənləri yer üzündə fitnə-fəsad törədənlərlə eyni tutacağıq?! Yaxud Allahdan qorxub pis əməllərdən çəkinənləri günahkarlara tay edəcəyik?! |
|
3999 | 38 | 29 | كتاب أنزلناه إليك مبارك ليدبروا آياته وليتذكر أولو الألباب |
| | | (Ya Peyğəmbər! Bu Qur’an) sənə nazil etdiyimiz mübarək (xeyir-bərəkətli) bir Kitabdır ki, (insanlar) onun ayələrini düşünüb dərk etsinlər və ağıl sahibləri də (ondan) ibrət alsınlar! |
|
4000 | 38 | 30 | ووهبنا لداوود سليمان نعم العبد إنه أواب |
| | | Biz Davuda Süleymanı bəxş etdik. Nə gözəl bəndə! O, daim Allaha sığınan bir kimsə idi. (Onun rizasını qazanmaq diləyirdi). |
|
4001 | 38 | 31 | إذ عرض عليه بالعشي الصافنات الجياد |
| | | (Bir gün) axşamüstü ona cins (bir ayağını dırnağı üstünə qoyub, üç ayağı üstündə duran), çapar atlar göstərildiyi zaman |
|
4002 | 38 | 32 | فقال إني أحببت حب الخير عن ذكر ربي حتى توارت بالحجاب |
| | | O dedi: “Mən gözəlliyi (bu atları) Rəbbimin zikrindən (Tövratdan) dolayı sevirəm (çünki Allahın dinini qüvvətləndirmək üçün bir cihad vasitəsi kimi onların tə’rifi Tövratda mövcuddur). Nəhayət, (o atlar Süleymanın gözündən) qeyb olub gizləndi. (Və ya: bu atlara olan məhəbbəti məni Rəbbimin zikrindən yayındırdı. O qədər onlara tamaşa etdim ki, ikindi namazı qıla bilmədim)”. |
|
4003 | 38 | 33 | ردوها علي فطفق مسحا بالسوق والأعناق |
| | | (Süleyman dedi:) “Onları (atları) mənə qaytarın!” (Atlar qaytarılıb gətirildikdən sonra) onların qıçlarını və boyunlarını sığallamağa başladı. (Yaxud onu ibadətdən yayındırdıqları üçün onları qurban kəsib fəqir-füqəraya payladı). |
|
4004 | 38 | 34 | ولقد فتنا سليمان وألقينا على كرسيه جسدا ثم أناب |
| | | And olsun ki, Biz Süleymanı (etdiyi bir xəta üzündən) imtahana çəkdik. Taxtının üstünə (ruhsuz) bir cəsəd atdıq (və ya: taxtının üstünə bir cin oturtduq). Sonra o (peşman olub tövbə etdi və yenidən öz mülkünə, öz taxtına) qayıtdı. |
|
4005 | 38 | 35 | قال رب اغفر لي وهب لي ملكا لا ينبغي لأحد من بعدي إنك أنت الوهاب |
| | | (Süleyman dua edib) dedi: “Ey Rəbbim! Məni bağışla və mənə elə bir mülk (səltənət) ver ki, məndən sonra (o cürəsinə) heç kəs nail ola bilməsin. Həqiqətən, Sən böyük ehsan (kərəm) sahibisən! (Allah Süleymanın duasını qəbul buyurdu. Ona həm peyğəmbərlik, həm də padşahlıq əta etdi). |
|
4006 | 38 | 36 | فسخرنا له الريح تجري بأمره رخاء حيث أصاب |
| | | Biz küləyi ona ram etdik. Külək onun əmri ilə istədiyi yerə rahatca gedirdi. |
|
4007 | 38 | 37 | والشياطين كل بناء وغواص |
| | | (Biz) şeytanlardan olan hər bir bənnanı və qəvvası, |
|