نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
3997 | 38 | 27 | وما خلقنا السماء والأرض وما بينهما باطلا ذلك ظن الذين كفروا فويل للذين كفروا من النار |
| | | Biz göyü, yeri və onların arasındakılarını nahaq yerə xəlq etməmişik. Bu, kafirlərin zənnidir. Vay o kafirlərin Oddakı halına! |
|
3998 | 38 | 28 | أم نجعل الذين آمنوا وعملوا الصالحات كالمفسدين في الأرض أم نجعل المتقين كالفجار |
| | | Biz heç iman gətirib yaxşı işlər görənləri yer üzündə fitnə-fəsad törədənlərə tay tutarıqmı? Ya da Allahdan qorxanları günahkarlara tay tutarıqmı? |
|
3999 | 38 | 29 | كتاب أنزلناه إليك مبارك ليدبروا آياته وليتذكر أولو الألباب |
| | | Bu mübarək Kitabı, insanların onun ayələrini düşünüb anlaması və ağıl sahiblərinin də ondan ibrət götürməsi üçün sənə nazil etdik. |
|
4000 | 38 | 30 | ووهبنا لداوود سليمان نعم العبد إنه أواب |
| | | Biz Davuda Süleymanı bəxş etdik. O necə də gözəl qul idi! Daima Allaha üz tutardı. |
|
4001 | 38 | 31 | إذ عرض عليه بالعشي الصافنات الجياد |
| | | Bir dəfə axşam çağı ona üç ayağı üstündə durub bir ayağının dırnağını yerə vuran, çapar atlar göstərildi. |
|
4002 | 38 | 32 | فقال إني أحببت حب الخير عن ذكر ربي حتى توارت بالحجاب |
| | | Süleyman dedi: “Mən, günəş üfüqdə batanadək nemətə olan məhəbbəti Rəbbimi zikr etməkdən üstün tutdum – atlar məni əsr namazından yayındırdı”. |
|
4003 | 38 | 33 | ردوها علي فطفق مسحا بالسوق والأعناق |
| | | Süleyman: “Onları yanıma qaytarın!”– dedi. O, atların qıçlarını və boyunlarını vurmağa başladı. |
|
4004 | 38 | 34 | ولقد فتنا سليمان وألقينا على كرسيه جسدا ثم أناب |
| | | Biz Süleymanı sınağa çəkib taxtının üstünə cansız bir cəsəd atdıq. Sonra o tövbə edib qayıtdı. |
|
4005 | 38 | 35 | قال رب اغفر لي وهب لي ملكا لا ينبغي لأحد من بعدي إنك أنت الوهاب |
| | | O dedi: “Ey Rəbbim! Məni bağışla və mənə elə bir səltənət ver ki, məndən sonra heç kimə nəsib olmasın. Həqiqətən, Sən Bəxşedənsən. |
|
4006 | 38 | 36 | فسخرنا له الريح تجري بأمره رخاء حيث أصاب |
| | | Biz də, onun əmri ilə istədiyi yerə sakitcə əsən küləyi ona ram etdik. |
|