نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
3978 | 38 | 8 | أأنزل عليه الذكر من بيننا بل هم في شك من ذكري بل لما يذوقوا عذاب |
| | | Məgər içimizdən təkcə onamı Zikr vəhy edilmişdir?” Xeyr, onlar Mənim Zikrimə şəkk gətirirlər. Xeyr, onlar Mənim əzabımı hələ dadmayıblar. |
|
3979 | 38 | 9 | أم عندهم خزائن رحمة ربك العزيز الوهاب |
| | | Yoxsa sənin Qüdrətli və Bəxşedən Rəbbinin rəhmət xəzinələri onlardadır? |
|
3980 | 38 | 10 | أم لهم ملك السماوات والأرض وما بينهما فليرتقوا في الأسباب |
| | | Ya da, göylərin, yerin və onların arasında olanların üzərində hakimiyyət onlaramı verilmişdir? Qoy onda istənilən yolla göyə qalxsınlar. |
|
3981 | 38 | 11 | جند ما هنالك مهزوم من الأحزاب |
| | | Bu ordu da əvvəlki əlbir dəstələr kimi darmadağın ediləcəkdir. |
|
3982 | 38 | 12 | كذبت قبلهم قوم نوح وعاد وفرعون ذو الأوتاد |
| | | Onlardan əvvəl Nuh qövmü, Ad və dirəklər sahibi Firon da elçiləri yalançı saymışdılar. |
|
3983 | 38 | 13 | وثمود وقوم لوط وأصحاب الأيكة أولئك الأحزاب |
| | | Həmçinin Səmud, Lut qövmü və Əykə əhli də. Bunlar əlbir dəstələr idi. |
|
3984 | 38 | 14 | إن كل إلا كذب الرسل فحق عقاب |
| | | Hər biri elçiləri yalançı hesab etdi və Mənim cəzam da gerçəkləşdi. |
|
3985 | 38 | 15 | وما ينظر هؤلاء إلا صيحة واحدة ما لها من فواق |
| | | Onlar təkcə olaraq, qarşısıalınmaz bir tükürpədici səsi gözləyirlər. |
|
3986 | 38 | 16 | وقالوا ربنا عجل لنا قطنا قبل يوم الحساب |
| | | Onlar istehza edərək: “Ey Rəbbimiz! Bizim payımızı Hesablaşma günü gəlməmişdən əvvəl tezliklə ver!”– dedilər. |
|
3987 | 38 | 17 | اصبر على ما يقولون واذكر عبدنا داوود ذا الأيد إنه أواب |
| | | Onların dediklərinə səbir et və qüdrətli qulumuz Davudu yadına sal! O, daim Allaha üz tutardı. |
|