نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
3975 | 38 | 5 | أجعل الآلهة إلها واحدا إن هذا لشيء عجاب |
| | | Əcaba, o, (Allahdan başqa heç bir tanrı yoxdur deməklə) tanrıların hamısını bir tanrımı edir? Bu, doğrudan da, çox təəcüblü bir şeydir. |
|
3976 | 38 | 6 | وانطلق الملأ منهم أن امشوا واصبروا على آلهتكم إن هذا لشيء يراد |
| | | Onların ə’yanları (toplandıqları məclisdən) çıxıb gedərək (bir-birinə) belə dedilər: “Gedin öz tanrılarınıza (ibadətdə) möhkəm (səbatlı) olun. (Bizdən) istənilən şey budur (tövhiddir). |
|
3977 | 38 | 7 | ما سمعنا بهذا في الملة الآخرة إن هذا إلا اختلاق |
| | | Biz bunu (Muhəmmədin dediklərini) sonuncu dində (xaçpərəstlikdə) də eşitməmişik. Bu ancaq bir uydurmadır. |
|
3978 | 38 | 8 | أأنزل عليه الذكر من بيننا بل هم في شك من ذكري بل لما يذوقوا عذاب |
| | | Məgər Qur’an aramızdan onamı nazil olmuşdur?! (Halbuki o, yaşca bizdən kiçik, özü də kasıbdır)”. Doğrusu, onlar Mənim Qur’anım barədə şəkk-şübhə içindədirlər. Doğrusu, onlar hələ Mənim əzabımı dadmamışlar! |
|
3979 | 38 | 9 | أم عندهم خزائن رحمة ربك العزيز الوهاب |
| | | Yoxsa (ya Peyğəmbər!) Sənin yenilməz qüvvət, kərəm sahibi olan Rəhbinin rəhmət xəzinələri onlara məxsusdur?! |
|
3980 | 38 | 10 | أم لهم ملك السماوات والأرض وما بينهما فليرتقوا في الأسباب |
| | | Yaxud göylərin, yerin və onların arasında olan hər şeyin ixtiyarı onların əlindədir?! Elə isə qoy iplərdən yapışıb (göyə) qalxsınlar! (Kainatın hökmünü öz əllərinə alıb onu idarə etsinlər. İstədiklərinə peyğəmbərlik verib ona vəhy göndərsinlər!) |
|
3981 | 38 | 11 | جند ما هنالك مهزوم من الأحزاب |
| | | Onlar (müşriklər) burada (yaxın zamanlarda baş verəcək Bədr vuruşunda, yaxud Məkkənin fəthində) müxtəlif firqələrdən ibarət məğlubiyyətə uğrayacaq bir ordudurlar. |
|
3982 | 38 | 12 | كذبت قبلهم قوم نوح وعاد وفرعون ذو الأوتاد |
| | | Onlardan əvvəl Nuh qövmü, Ad və sarsılmaz səltənət (möhtəşəm binalar və ya hündür qayalar, dar ağacları) sahibi Fir’an da (peyğəmbərləri) təkzib etmişdi. |
|
3983 | 38 | 13 | وثمود وقوم لوط وأصحاب الأيكة أولئك الأحزاب |
| | | Eləcə də Səmud, Lut qövmü, Əykə əhli (Şüeyb tayfası) – bu firqələrin |
|
3984 | 38 | 14 | إن كل إلا كذب الرسل فحق عقاب |
| | | Hər biri peyğəmbərləri ancaq yalançı saymışdı. Buna görə də əzabım (onlara) vacib oldu. |
|