نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
3969 | 37 | 181 | وسلام على المرسلين |
| | | Peyğəmbərlərə salam olsun! |
|
3970 | 37 | 182 | والحمد لله رب العالمين |
| | | Aləmlərin Rəbbi olan Allaha həmd olsun! |
|
3971 | 38 | 1 | بسم الله الرحمن الرحيم ص والقرآن ذي الذكر |
| | | Sad! (Şanlı-şərəfli) öyüd-nəsihətlə dolu Qur’ana and olsun! |
|
3972 | 38 | 2 | بل الذين كفروا في عزة وشقاق |
| | | (Məkkə kafirlərinin iman gətirməmələri heç də, onların dediyi kimi, şəkk-şübhə üzündən deyildir). Doğrusu, o kafirlər qürur və nifaq içindədirlər. (İman gətirməyi özlərinə sığışdırmır. Muhəmməd əleyhissəlama qarşı çıxıb onunla ədavət aparırlar). |
|
3973 | 38 | 3 | كم أهلكنا من قبلهم من قرن فنادوا ولات حين مناص |
| | | Biz onlardan əvvəl neçə-neçə nəsilləri məhv etdik. Onlar fəryad edib kömək diləyirdilər, lakin artıq (əzabdan) qaçıb can qurtarmaq vaxtı deyildi. |
|
3974 | 38 | 4 | وعجبوا أن جاءهم منذر منهم وقال الكافرون هذا ساحر كذاب |
| | | Onlar öz içərilərindən özlərinə (Allahın əzabı ilə) qorxudan bir peyğəmbər gəlməsinə təəccüb etdilər və kafirlər belə dedilər: “Bu, yalançı bir sehrbazdır! |
|
3975 | 38 | 5 | أجعل الآلهة إلها واحدا إن هذا لشيء عجاب |
| | | Əcaba, o, (Allahdan başqa heç bir tanrı yoxdur deməklə) tanrıların hamısını bir tanrımı edir? Bu, doğrudan da, çox təəcüblü bir şeydir. |
|
3976 | 38 | 6 | وانطلق الملأ منهم أن امشوا واصبروا على آلهتكم إن هذا لشيء يراد |
| | | Onların ə’yanları (toplandıqları məclisdən) çıxıb gedərək (bir-birinə) belə dedilər: “Gedin öz tanrılarınıza (ibadətdə) möhkəm (səbatlı) olun. (Bizdən) istənilən şey budur (tövhiddir). |
|
3977 | 38 | 7 | ما سمعنا بهذا في الملة الآخرة إن هذا إلا اختلاق |
| | | Biz bunu (Muhəmmədin dediklərini) sonuncu dində (xaçpərəstlikdə) də eşitməmişik. Bu ancaq bir uydurmadır. |
|
3978 | 38 | 8 | أأنزل عليه الذكر من بيننا بل هم في شك من ذكري بل لما يذوقوا عذاب |
| | | Məgər Qur’an aramızdan onamı nazil olmuşdur?! (Halbuki o, yaşca bizdən kiçik, özü də kasıbdır)”. Doğrusu, onlar Mənim Qur’anım barədə şəkk-şübhə içindədirlər. Doğrusu, onlar hələ Mənim əzabımı dadmamışlar! |
|