نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
3959 | 37 | 171 | ولقد سبقت كلمتنا لعبادنا المرسلين |
| | | And olsun ki, peyğəmbər bəndələrimiz haqqında əvvəlcədən (lövhi-məhfuzda) bu sözümüz deyilmişdi: |
|
3960 | 37 | 172 | إنهم لهم المنصورون |
| | | “Onlar mütləq qalib gələcəklər. |
|
3961 | 37 | 173 | وإن جندنا لهم الغالبون |
| | | Bizim əsgərlərimiz (mö’minlər) labüd olaraq (kafirlərə) zəfər çalacaqlar!” |
|
3962 | 37 | 174 | فتول عنهم حتى حين |
| | | (Ya Peyğəmbər!) Sən bir müddət (Bədr vuruşuna, yaxud Məkkənin fəthinədək) onlardan üz çevir! |
|
3963 | 37 | 175 | وأبصرهم فسوف يبصرون |
| | | Və (kənardan) onlara bax! Onlar mütləq (küfrlərinin aqibətini) görəcəklər! |
|
3964 | 37 | 176 | أفبعذابنا يستعجلون |
| | | Onlar əzabımızın tezliklə gəlməsini istəyirlər? |
|
3965 | 37 | 177 | فإذا نزل بساحتهم فساء صباح المنذرين |
| | | (O əzab) onlara yetişdikdə (evlərində ikən başlarının üstünü aldıqda) qorxudulanların (lakin yola gəlməyənlərin) sabahı necə də pis olacaq! |
|
3966 | 37 | 178 | وتول عنهم حتى حين |
| | | (Ya Peyğəmbər!) Sən onlardan bir müddət üz çevir! |
|
3967 | 37 | 179 | وأبصر فسوف يبصرون |
| | | Və (kənardan) onlara bax! Onlar mütləq (küfrlərinin aqibətini) görəcəklər! |
|
3968 | 37 | 180 | سبحان ربك رب العزة عما يصفون |
| | | Sənin Rəbbin – yenilməz qüvvət sahibi (mülkündə hər şeyə qalib) olan Rəbbin (müşriklərin) Ona aid etdikləri sifətlərdən tamamilə uzaqdır! |
|