نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
3954 | 37 | 166 | وإنا لنحن المسبحون |
| | | Və (Allahı) təqdis edib şə’ninə tə’riflər deyirik. |
|
3955 | 37 | 167 | وإن كانوا ليقولون |
| | | (Məkkə müşrikləri) tə’kidlə belə deyirdilər: |
|
3956 | 37 | 168 | لو أن عندنا ذكرا من الأولين |
| | | “Əgər bizdə əvvəlkilərin kitablarından biri olsa idi, |
|
3957 | 37 | 169 | لكنا عباد الله المخلصين |
| | | Biz də mütləq Allahın müxlis bəndələri olardıq!” |
|
3958 | 37 | 170 | فكفروا به فسوف يعلمون |
| | | Amma onu (Qur’anı) inkar etdilər. Onlar (küfrlərinin aqibətini) mütləq biləcəklər. |
|
3959 | 37 | 171 | ولقد سبقت كلمتنا لعبادنا المرسلين |
| | | And olsun ki, peyğəmbər bəndələrimiz haqqında əvvəlcədən (lövhi-məhfuzda) bu sözümüz deyilmişdi: |
|
3960 | 37 | 172 | إنهم لهم المنصورون |
| | | “Onlar mütləq qalib gələcəklər. |
|
3961 | 37 | 173 | وإن جندنا لهم الغالبون |
| | | Bizim əsgərlərimiz (mö’minlər) labüd olaraq (kafirlərə) zəfər çalacaqlar!” |
|
3962 | 37 | 174 | فتول عنهم حتى حين |
| | | (Ya Peyğəmbər!) Sən bir müddət (Bədr vuruşuna, yaxud Məkkənin fəthinədək) onlardan üz çevir! |
|
3963 | 37 | 175 | وأبصرهم فسوف يبصرون |
| | | Və (kənardan) onlara bax! Onlar mütləq (küfrlərinin aqibətini) görəcəklər! |
|