نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
3928 | 37 | 140 | إذ أبق إلى الفلك المشحون |
| | | (Ya Peyğəmbər!) Yadına sal ki, bir zaman o, (qövmünün küfrü üzündən yük və adamla) dolu bir gəmiyə qaçmışdı. |
|
3929 | 37 | 141 | فساهم فكان من المدحضين |
| | | (Gəmidə olanlar) püşk atmış və (püşk ona düşdüyü üçün) məğlub edilənlərdən olmuşdu. (Yunis gəmiyə mindiyi zaman gəmi yerindən tərpənməmiş, buna görə də sərnişinlər: “Yəqin ki, içərimizdə ağasından qaçmış kölə vardır”, - demişdilər. Kölənin kim olduğunu bilmək üçün püşk atılmış və o, Yunisə düşmüşdü. Yunis özünü dənizə atmağa məcbur olmuşdu). |
|
3930 | 37 | 142 | فالتقمه الحوت وهو مليم |
| | | (Yunis Allahın izni olmadan qövmünü tərk edib getdiyinə görə) özünü qınayarkən (dənizə atılarkən) balıq onu udmuşdu. |
|
3931 | 37 | 143 | فلولا أنه كان من المسبحين |
| | | Əgər o, (Allahı) çox təqdis edənlərdən (namaz qılanlardan) olmasaydı, |
|
3932 | 37 | 144 | للبث في بطنه إلى يوم يبعثون |
| | | Yəqin ki, balığın qarnında qiyamət gününə qədər qalardı. |
|
3933 | 37 | 145 | فنبذناه بالعراء وهو سقيم |
| | | Nəhayət, o, xəstə olduğu halda onu boş bir yerə (sahilə) atdıq. |
|
3934 | 37 | 146 | وأنبتنا عليه شجرة من يقطين |
| | | Və (başı) üstündə (ona kölgə salmaq üçün) iri yarpaqlı bir ağac (yaxud qabaq tağı) bitirdik. |
|
3935 | 37 | 147 | وأرسلناه إلى مائة ألف أو يزيدون |
| | | Biz onu yüz min nəfərə və daha çox kimsəyə peyğəmbər göndərdik. |
|
3936 | 37 | 148 | فآمنوا فمتعناهم إلى حين |
| | | Nəhayət, onlar ona (Yunisə) iman gətirdilər və Biz də onlara müəyyən vaxtadək (ömürlərinin axırına kimi) gün-güzəran verdik. |
|
3937 | 37 | 149 | فاستفتهم ألربك البنات ولهم البنون |
| | | (Ya Peyğəmbər! İndi o müşriklərdən) soruş: “Deməli, qızlar sənin Rəbbinin, oğlanlar isə onların özlərinindir, eləmi?” |
|