نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
3890 | 37 | 102 | فلما بلغ معه السعي قال يا بني إني أرى في المنام أني أذبحك فانظر ماذا ترى قال يا أبت افعل ما تؤمر ستجدني إن شاء الله من الصابرين |
| | | O, yüyürüb qaçmaq (atasına kömək edə bilmək) çağına (on üç yaşına) çatdıqda (İbrahim) dedi: “Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör (bu barədə) nə fikirləşirsən!” O dedi: “Atacan! Sənə nə əmr olunursa, onu da et. İnşallah, mənim səbirlilərdən olduğumu görəcəksən!” |
|
3891 | 37 | 103 | فلما أسلما وتله للجبين |
| | | Onların hər ikisi (Allahın əmrinə) təslim olduğu və (İbrahim İsmaili qurban kəsmək üçün) üzüstə yerə yıxdığı zaman |
|
3892 | 37 | 104 | وناديناه أن يا إبراهيم |
| | | Biz ona belə xitab etdik: “Ya İbrahim! |
|
3893 | 37 | 105 | قد صدقت الرؤيا إنا كذلك نجزي المحسنين |
| | | Artıq sən rö’yanın düzgünlüyünü (Allah tərəfindən olduğunu) təsdiq etdin!” (Sənə yuxuda nə əmr olunmuşdusa, onu yerinə yetirdin. Allah sənə lütf edərək oğlunun yerinə bir qoç kəsməyi buyurur). Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. |
|
3894 | 37 | 106 | إن هذا لهو البلاء المبين |
| | | Şübhəsiz ki, bu, açıq-aydın bir imtahan idi. |
|
3895 | 37 | 107 | وفديناه بذبح عظيم |
| | | Biz ona böyük bir qurbanlıq (Habilin qurbanlıq qoçunu) əvəz verdik. |
|
3896 | 37 | 108 | وتركنا عليه في الآخرين |
| | | Sonradan gələnlər arasında onun üçün (yaxşı ad, gözəl xatirə) qoyduq. |
|
3897 | 37 | 109 | سلام على إبراهيم |
| | | (Onu belə yad edirlər:) “İbrahimə salam olsun!” |
|
3898 | 37 | 110 | كذلك نجزي المحسنين |
| | | Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq! |
|
3899 | 37 | 111 | إنه من عبادنا المؤمنين |
| | | Şübhəsiz ki, o Bizim mö’min bəndələrimizdən idi! |
|