نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
3886 | 37 | 98 | فأرادوا به كيدا فجعلناهم الأسفلين |
| | | Onlar onun üçün belə bir hiyə qurmaq istədilər, Biz isə onları çox səfil (zəlil) bir vəziyyətə saldıq. (Hiylələri baş tutmadı, İbrahimə heç bir şey edə bilmədilər). |
|
3887 | 37 | 99 | وقال إني ذاهب إلى ربي سيهدين |
| | | (İbrahim oddan xilas olduqdan sonra) dedi: “Mən Rəbbimə doğru (Allahın mənə buyurduğu yerə - Şama tərəf) gedirəm. O mənə doğru yolu mütləq göstərəcəkdir!” |
|
3888 | 37 | 100 | رب هب لي من الصالحين |
| | | (İbrahim müqəddəs torpağa yetişdikdən sonra dua edib) dedi: “Ey Rəbbim! Mənə salehlərdən olan (bir övlad) bəxş et!” |
|
3889 | 37 | 101 | فبشرناه بغلام حليم |
| | | Biz də ona həlim xasiyyətli bir oğlan uşağı (İsmail) ilə müjdə verdik. |
|
3890 | 37 | 102 | فلما بلغ معه السعي قال يا بني إني أرى في المنام أني أذبحك فانظر ماذا ترى قال يا أبت افعل ما تؤمر ستجدني إن شاء الله من الصابرين |
| | | O, yüyürüb qaçmaq (atasına kömək edə bilmək) çağına (on üç yaşına) çatdıqda (İbrahim) dedi: “Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör (bu barədə) nə fikirləşirsən!” O dedi: “Atacan! Sənə nə əmr olunursa, onu da et. İnşallah, mənim səbirlilərdən olduğumu görəcəksən!” |
|
3891 | 37 | 103 | فلما أسلما وتله للجبين |
| | | Onların hər ikisi (Allahın əmrinə) təslim olduğu və (İbrahim İsmaili qurban kəsmək üçün) üzüstə yerə yıxdığı zaman |
|
3892 | 37 | 104 | وناديناه أن يا إبراهيم |
| | | Biz ona belə xitab etdik: “Ya İbrahim! |
|
3893 | 37 | 105 | قد صدقت الرؤيا إنا كذلك نجزي المحسنين |
| | | Artıq sən rö’yanın düzgünlüyünü (Allah tərəfindən olduğunu) təsdiq etdin!” (Sənə yuxuda nə əmr olunmuşdusa, onu yerinə yetirdin. Allah sənə lütf edərək oğlunun yerinə bir qoç kəsməyi buyurur). Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. |
|
3894 | 37 | 106 | إن هذا لهو البلاء المبين |
| | | Şübhəsiz ki, bu, açıq-aydın bir imtahan idi. |
|
3895 | 37 | 107 | وفديناه بذبح عظيم |
| | | Biz ona böyük bir qurbanlıq (Habilin qurbanlıq qoçunu) əvəz verdik. |
|