نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
3872 | 37 | 84 | إذ جاء ربه بقلب سليم |
| | | O zaman o öz Rəbbinin hüzuruna tərtəmiz bir qəlblə gəlmişdi. |
|
3873 | 37 | 85 | إذ قال لأبيه وقومه ماذا تعبدون |
| | | Həmin vaxt o, atasına və tayfasına belə demişdi: “Siz nəyə ibadət edirsiniz? |
|
3874 | 37 | 86 | أئفكا آلهة دون الله تريدون |
| | | Allahı qoyub yalançı tanrılarımı istəyirsiniz? |
|
3875 | 37 | 87 | فما ظنكم برب العالمين |
| | | Aləmlərin Rəbbi barəsində zənniniz nədir?” (Onun ruzisini yeyib bütlərə tapınırsınız? Məgər bunun cəzasını çəkməyəcəksiniz?!) |
|
3876 | 37 | 88 | فنظر نظرة في النجوم |
| | | (İbrahim) ulduzlara bir nəzər saldı. |
|
3877 | 37 | 89 | فقال إني سقيم |
| | | Və (ətrafındakıları özündən uzaqlaşdıqmaq məqsədilə) dedi: “Mən xəstəyəm!” |
|
3878 | 37 | 90 | فتولوا عنه مدبرين |
| | | (İbrahimin yanındakılar xəstəliyin onlara yoluxmasından qorxaraq, həm də o gün qeyd edəcəkləri bayrama tələsərək) ondan üz çevirib getdilər. |
|
3879 | 37 | 91 | فراغ إلى آلهتهم فقال ألا تأكلون |
| | | (İbrahim) xəlvətcə onların tanrılarının yanına gedib (istehza ilə) dedi: “Məgər (yanınızda olan bu təamları) yeməyəcəksiniz? |
|
3880 | 37 | 92 | ما لكم لا تنطقون |
| | | Sizə nə olub ki, danışmırsınız?” |
|
3881 | 37 | 93 | فراغ عليهم ضربا باليمين |
| | | Sonra bütlərin üstünə yüyürüb sağ əli ilə onlara möhkəm bir zərbə endirdi. |
|