نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
3852 | 37 | 64 | إنها شجرة تخرج في أصل الجحيم |
| | | O elə bir ağacdır ki, Cəhənnəmin lap dibindən (cəhənnəm odunun içindən) çıxar. |
|
3853 | 37 | 65 | طلعها كأنه رءوس الشياطين |
| | | Onun meyvəsi şeytanların başı kimidir (olduqca çirkin və əcaibdir). |
|
3854 | 37 | 66 | فإنهم لآكلون منها فمالئون منها البطون |
| | | Onlar (cəhənnəm əhli) ondan yeyəcək və qarınlarını onunla dolduracaqlar. |
|
3855 | 37 | 67 | ثم إن لهم عليها لشوبا من حميم |
| | | Sonra onlar üçün (içməyə) qaynar su ilə qatışmış irin vardır. |
|
3856 | 37 | 68 | ثم إن مرجعهم لإلى الجحيم |
| | | Daha sonra onların qayıdacaqları yer mütləq yenə Cəhənnəmdir! |
|
3857 | 37 | 69 | إنهم ألفوا آباءهم ضالين |
| | | Çünki onlar atalarını (dünyada haqq yoldan) azmış gördülər. |
|
3858 | 37 | 70 | فهم على آثارهم يهرعون |
| | | Bununla belə yüyürə-yüyürə onların ardınca düşüb getdilər. |
|
3859 | 37 | 71 | ولقد ضل قبلهم أكثر الأولين |
| | | Həqiqətən, onlardan (Məkkə müşriklərindən) əvvəlkilərin (keçmiş ümmətlərin) əksəriyyəti (haqq yoldan) azmışdı. |
|
3860 | 37 | 72 | ولقد أرسلنا فيهم منذرين |
| | | And olsun ki, Biz onlara (Allahın əzabı ilə) qorxudan peyğəmbərlər göndərmişdik. |
|
3861 | 37 | 73 | فانظر كيف كان عاقبة المنذرين |
| | | (Ya Rəsulum!) Bir gör o qorxudulanların (lakin düz yola gəlməyənlərin) axırı necə oldu! |
|