نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
3834 | 37 | 46 | بيضاء لذة للشاربين |
| | | Ağappaq, özü də içənlərə ləzzət verən (bir məin). |
|
3835 | 37 | 47 | لا فيها غول ولا هم عنها ينزفون |
| | | Onun içində (dünyadakı şərabdan fərqli olaraq) ağlı başdan çıxaran (başağrısı, süstlük verən) heç bir şey yoxdur. Onlar ondan məst də olmazlar. |
|
3836 | 37 | 48 | وعندهم قاصرات الطرف عين |
| | | Onların yanında gözəl (irigözlü), baxışları (yalnız ərlərinə) dikilmiş zövcələr olacaqdır. |
|
3837 | 37 | 49 | كأنهن بيض مكنون |
| | | Onlar, sanki örtülü (bağlı, heç bir əl dəyməmiş, qabığı içində təzə-təzə qalmış, ağappaq) yumurtadırlar (yaxud sədəf içində gizlənmiş incidirlər). |
|
3838 | 37 | 50 | فأقبل بعضهم على بعض يتساءلون |
| | | Onlar bir-biri ilə (dünyada gördükləri barədə) sorğu-suala (söz-söhbətə) başlayacaqlar. |
|
3839 | 37 | 51 | قال قائل منهم إني كان لي قرين |
| | | Onlardan biri belə deyəcək: “Mənim bir yoldaşım var idi. |
|
3840 | 37 | 52 | يقول أإنك لمن المصدقين |
| | | O deyirdi: “Sən, doğrudan da, inanmırsan ki, |
|
3841 | 37 | 53 | أإذا متنا وكنا ترابا وعظاما أإنا لمدينون |
| | | Biz öldükdən, torpaq və sür-sümük olduqdan sonra (dirildilib) sorğu-sual olunacağıq (və əməllərimizə görə cəzalandırılacağıq)?” |
|
3842 | 37 | 54 | قال هل أنتم مطلعون |
| | | (Sonra həmin şəxs Cənnətdəki yoldaşlarına) deyəcək: “Siz (indi onun nə halda olduğunu) bilirsinizmi?” (Onlar: “Xeyr”, - deyə cavab verəcəklər). |
|
3843 | 37 | 55 | فاطلع فرآه في سواء الجحيم |
| | | O özü baxıb onu (yoldaşını) Cəhənnəmin ortasında görəcək |
|