نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
3813 | 37 | 25 | ما لكم لا تناصرون |
| | | (Mələklər istehza ilə onlara deyəcəklər:) “Sizə nə olub ki, (bu gün dünyadakı kimi) bir-birinizə kömək edə bilmirsiniz?” |
|
3814 | 37 | 26 | بل هم اليوم مستسلمون |
| | | Bəli, onlar bu gün (Allahın əmrinə) təslim olmuşlar! |
|
3815 | 37 | 27 | وأقبل بعضهم على بعض يتساءلون |
| | | Onların bir qismi (tabe olanlar) digəri (öz başçıları) ilə çənə-boğaz olmağa başlayacaq. |
|
3816 | 37 | 28 | قالوا إنكم كنتم تأتوننا عن اليمين |
| | | (Tabe olanlar öz başçılarına) deyəcəklər: “Siz bizim yanımıza (özünüzün haqlı olduğunuz barədə) and-amanla (bizim bərəkətli və uğurlu saydığımız sağ tərəfdən) gəlirdiniz. (Əslində isə bizi haqq yoldan azdırmısınız)”. |
|
3817 | 37 | 29 | قالوا بل لم تكونوا مؤمنين |
| | | (Başçıları) deyəcəklər: “Xeyr, siz (Allahın vəhdaniyyətinə) inanmırdınız. |
|
3818 | 37 | 30 | وما كان لنا عليكم من سلطان بل كنتم قوما طاغين |
| | | Və bizim sizin üzərinizdə heç bir hökmümüz də yox idi. Xeyr, siz (özünüz) azğın (günah etməkdə həddi aşmış) bir qövm idiniz. |
|
3819 | 37 | 31 | فحق علينا قول ربنا إنا لذائقون |
| | | Buna görə də Rəbbimizin sözü (əzab və’dəsi) bizim barəmizdə gerçəkləşdi. Biz mütləq (əzabı) dadacağıq! |
|
3820 | 37 | 32 | فأغويناكم إنا كنا غاوين |
| | | Biz sizi yoldan çıxartdıq, çünki biz özümüz yoldan çıxmış kimsələr idik!” |
|
3821 | 37 | 33 | فإنهم يومئذ في العذاب مشتركون |
| | | O gün hamısı əzaba (cəhənnəm oduna yanmağa) şərik olacaqlar. |
|
3822 | 37 | 34 | إنا كذلك نفعل بالمجرمين |
| | | Həqiqətən, Biz günahkarlarla belə rəftar edirik. |
|