نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
3804 | 37 | 16 | أإذا متنا وكنا ترابا وعظاما أإنا لمبعوثون |
| | | Məgər biz öldükdən, torpaq və sürsümük olduqdan sonra dirildiləcəyikmi?! |
|
3805 | 37 | 17 | أوآباؤنا الأولون |
| | | Eləcə də (bizdən) əvvəlki atalarımız (dirildiləcəklərmi)?!” |
|
3806 | 37 | 18 | قل نعم وأنتم داخرون |
| | | (Ya Peyğəmbər!) De: “Bəli, özü də zəlil (xar) olaraq (dirildiləcəksiniz). |
|
3807 | 37 | 19 | فإنما هي زجرة واحدة فإذا هم ينظرون |
| | | O yalnız dəhşətli bir səsdən (İsrafilin suru ikinci dəfə üfürməsindən) ibarətdir. Onlar dərhal (dirilib başlarına gətirilən müsibətlərə) baxacaqlar. |
|
3808 | 37 | 20 | وقالوا يا ويلنا هذا يوم الدين |
| | | Və deyəcəklər: “Vay halımıza! Bu, haqq-hesab (cəza) günüdür!” |
|
3809 | 37 | 21 | هذا يوم الفصل الذي كنتم به تكذبون |
| | | (Mələklər isə onlara belə deyəcəklər): “Bu (dünyada) yalan hesab etdiyiniz (haqq ilə batili, mö’minlə kafiri) ayırd etmə günüdür!” |
|
3810 | 37 | 22 | احشروا الذين ظلموا وأزواجهم وما كانوا يعبدون |
| | | (Allah mələklərə belə buyuracaqdır:) “Yığın bir yerə zülm (küfr) edənləri, onların həmtaylarını və ibadət etdiklərini - |
|
3811 | 37 | 23 | من دون الله فاهدوهم إلى صراط الجحيم |
| | | Allahdan qeyri! Onlara Cəhənnəm yolunu göstərin! |
|
3812 | 37 | 24 | وقفوهم إنهم مسئولون |
| | | Onları tutub saxlayın, çünki sorğu-sual olunacaqlar!” |
|
3813 | 37 | 25 | ما لكم لا تناصرون |
| | | (Mələklər istehza ilə onlara deyəcəklər:) “Sizə nə olub ki, (bu gün dünyadakı kimi) bir-birinizə kömək edə bilmirsiniz?” |
|