نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
3798 | 37 | 10 | إلا من خطف الخطفة فأتبعه شهاب ثاقب |
| | | Lakin şeytanlardan hər kim o söhbətlərdən bir söz qapıb qaçarsa, onu yandırıb-yaxan parlaq bir alov təqib edər. |
|
3799 | 37 | 11 | فاستفتهم أهم أشد خلقا أم من خلقنا إنا خلقناهم من طين لازب |
| | | Kafirlərdən soruş ki, onları yaratmaq çətindir, yoxsa Bizim başqa yaratdıqlarımızı? Biz ki onları yapışqan kimi palçıqdan yaratdıq. |
|
3800 | 37 | 12 | بل عجبت ويسخرون |
| | | Sən onlara təəccüb edirsən, onlar isə səni ələ salırlar. |
|
3801 | 37 | 13 | وإذا ذكروا لا يذكرون |
| | | Onlara xatırlatdıqda düşünüb ibrət almırlar. |
|
3802 | 37 | 14 | وإذا رأوا آية يستسخرون |
| | | Bir möcüzə gördükdə isə ona istehza edir |
|
3803 | 37 | 15 | وقالوا إن هذا إلا سحر مبين |
| | | və deyirlər: “Bu ancaq gözlə görülən bir sehrdir. |
|
3804 | 37 | 16 | أإذا متنا وكنا ترابا وعظاما أإنا لمبعوثون |
| | | Məgər biz öldükdən, sür-sümük olub torpağa çevrildikdən sonra dirildiləcəyikmi? |
|
3805 | 37 | 17 | أوآباؤنا الأولون |
| | | Ya da atalarımızmı dirildiləcəklər?” |
|
3806 | 37 | 18 | قل نعم وأنتم داخرون |
| | | De: “Bəli, özü də, zəlil günə qalmış olduğunuz halda dirildiləcəksiniz”. |
|
3807 | 37 | 19 | فإنما هي زجرة واحدة فإذا هم ينظرون |
| | | Bu, təkcə dəhşətli bir səs olacaq və onlar qəfildən dirilib görməyə başlayacaqlar. |
|