نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
3798 | 37 | 10 | إلا من خطف الخطفة فأتبعه شهاب ثاقب |
| | | Ancaq (şeytanlar içərisində mələklərin söhbətlərindən bir sözü, bir xəbəri) çırpışdıran (oğrun-oğrun öyrənən) olsa, onu da dərhal yandırıb-yaxan bir ulduz (hər şeyi dəlib keçən bir mə’şəl) tə’qib edər. |
|
3799 | 37 | 11 | فاستفتهم أهم أشد خلقا أم من خلقنا إنا خلقناهم من طين لازب |
| | | İndi (ya Peyğəmbər, bu müşriklərdən) soruş: onları yaratmaq çətindir, yoxsa Bizim (başqa) yaratdıqlarımızı? [Və ya: xilqətcə onlar güclüdürlər, yoxsa Bizim (başqa) yaratdıqlarımız?] Axı Biz onları (insanların babası Adəmi) yapışqan (kimi) bir palçıqdan yaratdıq. |
|
3800 | 37 | 12 | بل عجبت ويسخرون |
| | | Bəli, sən onlara (müşriklərin Allahın qüdrət əlamətlərini gördükləri halda qiyamətə inanmamalarına) təəcüblənirsən, onlar isə (sənin bu inamına) istehza edirlər. |
|
3801 | 37 | 13 | وإذا ذكروا لا يذكرون |
| | | Onlara (Qur’anla Allahın dəlilləri ilə) öyüd-nəsihət verildikdə düşünüb ibrət almazlar. |
|
3802 | 37 | 14 | وإذا رأوا آية يستسخرون |
| | | Bir mö’cüzə gördükdə isə ona istehza edərlər. |
|
3803 | 37 | 15 | وقالوا إن هذا إلا سحر مبين |
| | | Və belə deyərlər: “Bu ancaq açıq-aşkar bir sehrdir. |
|
3804 | 37 | 16 | أإذا متنا وكنا ترابا وعظاما أإنا لمبعوثون |
| | | Məgər biz öldükdən, torpaq və sürsümük olduqdan sonra dirildiləcəyikmi?! |
|
3805 | 37 | 17 | أوآباؤنا الأولون |
| | | Eləcə də (bizdən) əvvəlki atalarımız (dirildiləcəklərmi)?!” |
|
3806 | 37 | 18 | قل نعم وأنتم داخرون |
| | | (Ya Peyğəmbər!) De: “Bəli, özü də zəlil (xar) olaraq (dirildiləcəksiniz). |
|
3807 | 37 | 19 | فإنما هي زجرة واحدة فإذا هم ينظرون |
| | | O yalnız dəhşətli bir səsdən (İsrafilin suru ikinci dəfə üfürməsindən) ibarətdir. Onlar dərhal (dirilib başlarına gətirilən müsibətlərə) baxacaqlar. |
|